Bu, dövlət başçısının xüsusi diqqətinin göstəricisidir - DEPUTAT AÇIQLADI

Bu, dövlət başçısının xüsusi diqqətinin göstəricisidir - DEPUTAT AÇIQLADI

“Bir neçə gün öncə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qarabağa səfər etdi. Cənab Prezident səfər zamanı bir çox vacib məqamlara toxundu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.


Onun sözlərinə görə, səfər bir çox baxımdan mühüm əhəmiyyət daşıyır: “Vaxtilə Ulu Öndər Heydər Əliyev qeyd etmişdi ki, vaxt gələcək biz Şuşaya, Laçına, Kəlbəcərə qayıdacağıq. Bu gün artıq bu gerçəkləşdi. Biz artıq öz doğma, dədə-baba yurdumuza qayıtdıq. Səfər zamanı bir sıra mühüm obyektlərin təqdimatı oldu. Cənab Prezident layihələrlə tanış oldu.

Səfər zamanı avarçəkmə üzrə respublika təlim toplantısı keçirildi. Ən mühüm məsələlərdən biri də ikimərtəbəli yeni məscidin təməlinin qoyulması oldu. Bu, dövlət başçısının milli-mənəvi dəyərlərimizə qarşı xüsusi diqqətinin göstəricisidir. Biz artıq cənab Prezident İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səfərləri zamanı bir sıra mühüm obyektlərin təməlinin qoyduğunu, bayramları Qarabağda və Şərqi Zəngəzurda keçirdiyinin şahidi oluruq. Bu da onu deməyə əsas verir ki, vətəndaşlarımız tezliklə öz doğma yurdlarına qayıdacaqlar”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə