Dövlət başçısının ayağı dəydiyi hər yer gülüstana çevrilir - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycanın tarixi torpaqları zaman-zaman işğalçılar tərəfindən qəsb edilib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, 44 günlük müharibədə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Zəngəzurun Şərq hissəsini və Qarabağı işğalçılardan təmizlədi: "Bu ərazilər işğalçılardan təmizlənməklə yanaşı keçmiş məcburi köçkünlərimizin ata-baba torpaqlarına qayıtmasından ötrü infrastruktur, təhsil müəssisələri və iş yerləri yaradılır. Dövlətimiz həmin ərazilərdə təhlükəsiz yaşayışı təmin etmək üçün bütün mümkün olanları edir. Dövlət başçımızın ayağının dəydiyi hər bir yer gülüstana çevrilərək, yeni həyat və yeni nəfəs gəlir. 44 günlük müharibədə qazanılan qələbə millətimizin yenilməz olduğunu göstərdiyi kimi o torpaqlarda daimi yaşayacağımızı təsdiqlədi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB