Rusiyanın Ukraynaya təcavüzü 27 gündür ki, davam edir. Rusiyanın Ukraynaya müdaxiləsi davam edərkən meydanda çətin vəziyyətdə olduğu bildirilən Rusiyanın Belarusiyadan dəstək alacağı bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Belarusiya ordusu Ukrayna sərhədinə doğru irəliləməyə başlayıb. Daxili işlər nazirinin müşaviri Vadim Denisenkonun verdiyi açıqlamada "Belarusiya Ukraynadakı diplomatlarını geri çəkib. Bu, bizim üçün bir siqnaldır. Belarusiya ordusu Ukrayna sərhədini keçməyə çalışacaq. Lakin, mən hələ də Lukaşenkonun ordusunun kiçik olduğu üçün ordu ilə təkbətək toqquşmalara girəcəyini düşünmürəm. Belarusiyanın bütün hərbi qulluqçuları təxminən 40 mindir” ifadələri işlədilib.
Belarusiya müxalifətinin mənbəsi bəyan edib ki, ölkənin döyüş bölmələri yaxın bir neçə gün ərzində Ukraynaya getməyə və minlərlə qüvvə yerləşdirməyə hazırdır.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB