Rusiyanın Ukraynaya hücumları boyunca Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hədəfində olmaqda davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya kəşfiyyatının Ukraynanın paytaxtı Kiyevdəki Prezident Aparatında Rusiyaya müqavimətə rəhbərlik edən Zelenskiyə qarşı sui-qəsd təşkil etmək üçün ilk dəfə hərəkətə keçdiyi bildirilib.
Ukraynalı jurnalistin açıqladığı məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sui-qəsd və kəşfiyyat qrupunun üzvü Ujqorod şəhərində Ukrayna kəşfiyyatı tərəfindən təqib edilib.
Ukrayna Kəşfiyyatı qrupları tərəfindən tutulan şəxsin mənzilində çoxlu sayda sui-qəsd silahı, o cümlədən snayper nişangahları və səsboğucusu olan uzun lüləli tüfəng, susdurulmuş kalaşnikov, çoxlu sayda silah səsboğucuları, çoxlu qumbara və çoxlu sayda müxtəlif diametrli mərmi və döyüş sursatları ələ keçirilib.
Əsir götürülən şəxsin birinci məqsədinin Ukrayna prezidenti Zelenskiyə sui-qəsd təşkil etmək, ikinci məqsədinin isə Kiyevin bəzi mühüm ictimai ərazilərinə hücum etmək üçün 25 nəfərlik komanda yaratmaq olduğu bildirilib.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB