Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak ediblər - FOTOLAR

Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak ediblər - FOTOLAR

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Paradda fəxri qonaq qismində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə