Səfirimiz İran parlamentinin erməniəsilli deputatlarına belə cavab verdi

Səfirimiz İran parlamentinin erməniəsilli deputatlarına belə cavab verdi

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsinə İran parlamentinin 2 erməniəsilli deputatının etiraz etməsinə münasibət bildirib. SİA xəbər verir ki, bu barədə səfir tvitter hesabında paylaşım edib.

“Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndində eşidilməsindən İran parlamentinin 2 erməniəsilli deputatı narahat olub və bunu psixoloji təzyiq adlandırıblar.

Ümid edirəm, din alimləri Azanın müqəddəsliyini və Xankəndinin kimə aid olduğunu onlara başa salar”, - səfir yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə