Biz hər zaman bu bayramları böyük sevinclə qeyd etmişik - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Həyatımızda hər gün, hər dəqiqə Ulu Öndər Heydər Əliyevin qızıldan qiymətli dediyi kəlmələrin real olduğunun şahidi oluruq". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.
"Ulu Öndər qeyd etmişdi ki, gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik: “Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Ümummilli Lider Heydər Əliyevin bu gün bu fikirləri reallaşıb. Azərbaycan Ordusunun şücaəti ilə, Azərbaycan xalqının qəhrəmanlığı ilə, əlbəttə ki, bu xalqın, ordunun rəhbəri olan Ali Baş Komandanın dəmir iradəsi, siyasəti ilə biz böyük uğurlara imza atdıq. 44 günlük şanlı müharibəmizlə böyük bir Zəfər əldə etdik. Bu gün əlbəttə ki, biz Ümummilli Lider Heydər Əliyevin dediyi sözlərin bizlərə bir miras kimi qoyduğu, vəsiyyət etdiyi sözlərin real həyatda gerçək olmasının şahidi oluruq. Bütün bunlar üçün ilk növbədə cənab Prezidentə, ordumuza, xalqımıza borcluyuq.
Bu il Novruz bayramını keçən ildə olduğu kimi artıq 30 il həsrətdən sonra işğaldan azad olunmuş torpaqlarımızda qeyd edirik. Azərbaycan xalqı bundan sonra da öz rəhbəri ilə birlikdə daha böyük uğurlara imza atacaq. Bütöv Azərbaycanımızda bütün sahələrdə daha böyük nailiyyətlər qazanacağıq. Əlbəttə ki, Novruz bayramı Azərbaycan xalqının, ümumilikdə türk xalqlarının çox mühüm bayramıdır. Bu bayram bizim bu torpaqlarda var olduğunun böyük bir nümunəsidir. Əlbəttə ki, Novruz bayramına xalqımız hər zaman böyük əhəmiyyət verib. Biz hər zaman bu bayramları böyük bir sevinclə qeyd etmişik".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB