Ermənistanda baş qərarah rəisləri niyə corab kimi dəyişdirilir? ANALİTİK

Ermənistanda baş qərarah rəisləri niyə corab kimi dəyişdirilir? ANALİTİK

44 günlük müharibədəki ağır məğlubiyyətlərindən sonra Ermənistan ordusunda baş-alıb gedən özbaşınalıqlar və ordudaxili münaqişələr, rəhbərliklər arasında ziddiyyəttli fikirlər və kiçik komandanlıqlar arasındakı qarşıdurmalar hələ də həmin istiqamətdə əsaslı işlərin aparılmadığını, əslində isə ordunun çöküşə doğru enməsini sübut etməkdədir. Son dövrlərə qədər müdafiə nazirlərinin və baş qərargah rəislərinin corab kimi dəyişdirilmələri isə artıq ənənə xarakteri daşımaqdadır. Hətta yeni müdafiə naziri postuna Nikol Paşinyana ən yaxın olan şəxslərdən birinin seçilməsi də vəziyyəti dəyişdirə bilmir ki, bu da nəticə etibarı ilə ordudaxili hərc-mərcliklərin daha da çoxalmasına kifayət qədər zəmin yaratmaqdadır.

Artak Davtyanla bağlı baş verənlər də belə qənaətə gəlməyə zəmin yaradır ki...

Digər tərəfdən, erməni ordusunun müxtəlif hərbi hissələrində qida və ərzaq çatışmazlığından tutmuş hərbi təchizatlarla, silah-sursatlarla təminolunma məsələlərinə qədər baş verən çatışmazlıqlar, habelə hərbçilər və zabitlər arasında silahlı qarşıdurmalara qədər gedib-çıxan mübahisələr, sui-qəsd və qətl hadisələri vəziyyətin nə qədər gərgin olduğundan xəbər verməkdədir. Və bütün bunların fonunda Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərinin vəzifələrindən uzaqlaşdırılmaları, daha sonra isə onlara qarşı təqib və təhdidlərin edilməsi isə qeyd edilən faktların sübutu kimi də qiymətləndirilə bilər. Misal üçün, baş qərargahın sabiq rəisi Artak Davtyanla bağlı baş verənlər də belə qənaətə gəlməyə zəmin yaradır ki, erməni ordusu demək olar ki, yox səviyyəsindədir və bu gün onların arada-bir hansısa təlimlərini əks etdirən süjetlər yaymaları sadəcə baxış bucağını dəyilşməyə yönəlmiş spekulyasiyalar kimi qiymətləndirilə bilər.

Bu haqda yazan “Hraparak” baş sabiq qərargah rəsinin susmayacağı qənaətinə gəlib

Bu arada, “Hraparak” – erməni qəzetinin yazdığına görə, Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi Artak Davtyanın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı rəsmi məlumat verilmədi.

SİA xəbər verir ki, bu haqda yazan “Hraparak” baş sabiq qərargah rəsinin susmayacağı qənaətinə gəlib. “Davtyanın yaxınlarından biri bizə danışdı ki, Davtyanın özü daha əvvəldən istefaya getmək istəyib, o yaxın ətrafına şikayət edirdi ki, ordunu dağıdırlar, lakin onun özünü belə desək, girov qismində saxlayırdılar və müqavimət göstərəcəyi halda cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirilirdi”, deyə erməni qəzeti yazır.

Nəşrin yazdığına görə, Davtyan yaxınlarına deyib ki, ona “iş qurublar”. Lakin hansı məsələ ilə bağlı olduğunu mənbə adıçəkilən nəşrə deyə bilməyib və eyham vurub ki, Davtyana qarşı cinayət işi hazırlanır.

“Hraparak” onu da xatırladır ki, Artak Davtyana keçmiş müdafiə naziri David Tonoyanla bağlı ittiham irəli sürülüb. “Davtyana yaxın olan şəxs təsdiq edir ki, onun silahlı qüvvələrin baş qərargah rəsini vəzifəsindən istefaya getməsindən sonra başqa vəzifə təklif olunub, lakin o buna razılıq verməyib.

Ermənistan silahlı qüvvələrində baş qərargah rəisi vəzifəsinə təyin olunmağa adam tapılmır

“Biz Davtyanla söhbət edə bilmədik, belə ki, istefasından sonra onunla əlaqə qurmaq mümkün deyil. Lakin göründüyü kimi, əgər bu məlumatlar onun ətrafından yayılırsa, bu o deməkdir ki, yaxın günlərdə özü də danışa və narazılığı barədə bəyanat verə bilər”, deyə yazan erməni nəşri onu da xatırladıb ki, bugünə qədər silahlı qüvvələrin baş qərargah rəisi təyin olunmayıb və bu vəzifəni müvəqqəti olaraq icra edən müavin Koçuntsdur.

Bu fakt isə həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, artıq həmin vəzifəni icra etmək üçün sadəcə adam tapılmır. Silahlı qüvvələrdə təmsil olunan heç bir yüksək rütbəli zabit bərbad vəziyyətdə olan ordunun rəhbərlik strukturunda təmsil olunaraq çirkablara bulaşıb, həyatını məhv etmək marağında deyil.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə