SİA politoloq Samir Hümbətovun müsahibəsini təqdim edir:
- Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Ötən günlər ərzində rus ordusunun qarşıya qoyulan hədəflərə çatmadığı deyilir. Siz hadisələrin gedişini necə proqnozlaşdırırsınız, proses hansı nəticələrlə yekunlaşa bilər?
- Artıq fevral ayının 24-dən Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara start verib. Hadisələrin gedişi bunu göstərir ki, Rusiya qarşıya qoyduğu hədəflərə çata bilməyib. İndiki vəziyyətdə, Ukrayna tərəfinin verdiyi rəsmi məlumata görə, Rusiya 13 minə yaxın canlı qüvvə və çoxlu sayda hərbi texnika itirib. Bu onu göstərir ki, Rusiya reallığı yavaş-yavaş dərk edir. Müharibədə öncə Rusiya tərəfi belə başa düşürdü ki, 72 saat ərzində Kiyevi də alaraq bütün Ukraynanı ələ keçirə biləcək və özlərinin istədikləri rejimi hakimiyyətə gətirməklə bunula işi tamamlamış olacaqlar. Müharibənin gedişatı onu göstərdi ki, Rusiyanın hesabladığı kimi deyil. Rusiya müharibənin ilk günlərində irəli sürdüyü şərtləri yavaş-yavaş sıradan çıxartmağa başlayıb. Artıq 4 dəfə Rusiya və Ukrayna arasında görüş keçirilib və hər görüşdə Rusiya geri addım atır. Dünya ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar davam edir. Rusiya daxilində müharibəyə etiraz edənlərin sayı artmaqdadır. İqtisadi sanksiyalar artıq ruslara təsir edir.
- Nəticədən asılı olmayaraq, sərt sanksiyalar altında qalan və müharibədə Ukrayna ordusundan ağır zərbələr alan Rusiyanın keçmiş sovet məkanında mövqelərinin zəifləyəcəyi də müzakirə mövzusudur. Siz bu haqda nə düşünürsünüz?
- İndiki vəziyyətdə müharibənin dayanması gözlənilmir. Çünki Rusiya müharibəni birdən-birə dayandırarsa, sual olunacaq ki, niyə Ukrayna ərazisinə girdin. Ukrayna şəhərləri bu gun dağıdılmış vəziyyətdədir. Rusiya geri çəkiləcəksə müqavilə imzalamalıdır. Qərb mətbuatında yazılır ki, Rusiyanın dondurulmuş pulları Ukraynaya verilməlidir. Deməli Ukraynanın dağıdılmış şəhərlərinin bərpası üçün təzminat qoymaq istəyirlər. Rusiyanın nufuzu aşağı düşür. Ukrayna xalqı qalibdir. Çünki öz torpaqlarını müdafiə etmək üçün vuruşur.
- Azərbaycanın bu cür təhlükələrdən siğortalanıbmı? Türkiyə ilə mütəffiqlik bəyannaməsinin bizim üçün önəmi nədir?
- Şuşa Bəyannaməsinin imzalanması Azərbaycana böyük dəstəkdir. Eyni zamanda Türkiyə kimi dost, qardaş, həm də güclü dövlət Azərbaycan torpaqlarının təhlükəsizliyi, ərazi bütövlüyünün qarantı rolunda çıxış edir. Xalq ordumuzun arxasındadır. Digər ölkələrin belə şansı yoxdur, olsa da çox kövrəkdir. Hər kəs öz milli maraqlarında çıxış edir. Məsələn, Çin Rusiyanın tərəfdaşıdır, amma bu müharibədə Rusiyanı dəstəklədiyini bəyan etməyib. Məhz bunun nəticəsidir ki, Ukrayna xalqı bu gün özünü toparlayıb və əks hücumlar başlanıb. Rusiya tərəfi bəyanat verib ki, Ukrayna xəstəxanasını özləri vurub. Belə apsurd bəyanat olmaz. Kiyevdə mülki vətəndaşların qaldığı binalar vurulur.
- Rusiya mülki vətəndaşlara atəş açmaqla nəyə nail olmağa çalışır?
- Burada məqsəd birdir, əhalinin gözünü qoruxutmaq. Yerli insanlar da Rusiya ordusuna dirəniş göstərir. Rusiya bəyanat verib ki, Ukraynanın 3 min hərbi obyekti sıradan çıxarılıb. Bu yalnış informasiyadır. Antalya forumunda Rusiya tərəfinə sual olunur ki, xəstəxanını niyə vurmusuz, cavab isə o olur ki, orda hərbi işlər aparılırdı. Bu mənasız cavab idi. Bu gün Ukrayna ərazisində xarici dövlətlərin, həmçinin ABŞ-ın və Rusiyanın kəşfiyyat orqanlarının fəaliyyət göstərdiyini bilirik.
- Rusiyanın daxilində müharibə olması gözlənilirmi?
- Daxili müharibə olmasa da, etiraz aksiyaları getdikcə sürətlənir. Oliqarxlar belə Kreml Admistrasiyasına qarşı hərəkətə keçdiyi görsənir. Mərkəzdənqaçma meyilləri sürətlənib. Etiraz aksiyalarının sürətlənsə və polis güc tətbiq edərsə bu qarşıdurmalar yarada bilər.
- Rusiya və Ukrayna müharibəsində Türkiyənin baxışı necədir?
- Türkiyə Ukraynanı birmənalı dəstəkləsə də neytrallığı qorumağa çalışır. Ukraynaya hərbi silahların göndərilməsini də dəstəkləyir. Ukrayna-Rusiya müharibəsində Bayraktar geniş istifadə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB