Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın üzvüləri 44 günlük Vətən müharibəsi şəhidi Məhəmmədov Musa Bəhram oğlunun ailə üzvülərini ziyarət ediblər və onların mövcud problemləri ilə yaxından maraqlanıblar.
Görüş zamanı qəhrəman şəhidimiz Musanın vətənə, torpaga, elə- obaya güclü baglılıq hislərindən danışılıb və əziz xatirəsi ehtiramla yad olunub. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərancamına əsasən, Musa Məmmədova ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında döyüş tapşırıqlarını şərəflə yerinə yetirdiyi ücün "Vətən uğrunda" , "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərinə görə" medalları ilə təltif olunub.
Şəhidin ailə üzvüləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz minətdarlığlarını bildiriblər.
Nəzakat ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB