Azərbaycanın regional sülhü və təhlükəsizliyi gücləndirmək üçün bir sıra təklifləri var - HİKMƏT HACIYEV

Azərbaycanın regional sülhü və təhlükəsizliyi gücləndirmək üçün bir sıra təklifləri var - HİKMƏT HACIYEV

“Bu gün Azərbaycanla Ermənistan arasında gündəlikdə duran və müzakirə olunacaq kifayət qədər məsələlər var”. SİA xəbər verir ki, bu sözləri Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycanın regional sülhü və təhlükəsizliyi gücləndirmək üçün bir sıra təklifləri var: “Bu təkliflərdən biri də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlamaqdır. Amma təəssüflər olsun ki, Ermənistan tərəfi hələ də buna cavab verməyib”.

Bütün xəbərlər Facebook səhifəmizdə