YAP-ın VII qurultayı çox möhtəşəm tarixi hadisədən sonrakı ilə təsadüf olunur

YAP-ın VII qurultayı çox möhtəşəm tarixi hadisədən sonrakı ilə təsadüf olunur

05 mart 2021-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilmişdir. YAP-ın Sədri İlham Əliyev qurultayda videoformatda çıxış etmişdir.Qurultayda Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.

Qurultaydan qeyd edildi ki, VI qurultayından üç il ötmüşdür. Bu illər ölkəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. YAP-ın VII qurultayı çox möhtəşəm tarixi hadisədən sonrakı ilə təsadüf olunur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, azğın düşmən öz işğalçılıq niyyətini həyata keçirmək kimi planını yerinə yetirə bilmədi. Azərbaycan xalqı işğalçı ermənistana layiqli cavabını verərək onları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, birlik göstərdi. Xalqımız dəmir yumruq kimi birləşdi və tarixi missiyanı yerinə yetirdi. İndi ölkədə daxili sabitlik hökm sürür. Bunun nəticəsidir ki, Azərbaycana xaricdən nə qədər investisiyalar qoyulur. Bu il təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyalar qoyulub. Yeddi aparıcı şirkət bu mübarizəyə qoşulub. Azərbaycan vətəndaşları da həm inşaat dövründə ,həm də istismar dövründə orada işləyəcək. Ölkə Prezidenti onu da qeyd etdi ki, Beynəlxalq təşkilatlarda fəal iş aparılıb. Çünki II Qarabağ müharibəsi üçün hüquqi bazanı möhkəmləndirməsi vacib idi. Ordu quruculuğu işlərində hazırlıq əsas amillərdəndir. Bunun sübutu 44 günlük müharibədə qazandığımız şanlı qələbəmizdir.Prezident İlham Əliyev qarşıda duran vəzifələrdən də danışdı. Qeyd etdi ki, şəhid ailələri, qazilərimizə göstərilən qayğı davam edəcək, onlara olan hörmət və ehtiram daima ön planda olub və olacaqdır.

Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyası həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyasının martın 5-də keçirdiyi VII qurultayı istər partiyanın , istərsə də ictimai- siyasi münasibətlər sistemimizin tarixində mühüm bir tarixi hadisə kimi yadda qaldı. Qurultayda partiyanın rəhbər sturkturlarınınyenidən formalaşdırılmasıilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. Dövlətimizin başçısı qeyd etdi, partiyamızın VII qurultayı ölkəmizin ictimai- siyasi həyatında önəmli hadisədir.

Prezident qeyd etdi, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Partiya yeniləşmiş formatda daha da fəal olacaq. Qeyd edək ki, bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bizim təşəbbüslərimizin, islahatlarımızın böyük rolu var.

Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili sturuktur etibarı ilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda partiyamız ölkənin gələcəyi baxımından yenin məqsəd və vəziffələri müəyyənləşdirilmiş oldu. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.

Şəkilə Xəlilova - Masallı rayon Qızılağac kənd 1 saylı orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə