Prezident məxfi məlumatın mübadiləsi ilə bağlı sazişi təsdiqləyib

Prezident məxfi məlumatın mübadiləsi ilə bağlı sazişi təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” sazişi təsdiqləyib. SİA xəbər verir ki, dövlət başçısı sazişin təsdiqlənməsi barədə qanunu imzalayıb.

Qeyd edək ki, saziş 2021-ci il dekabrın 14-də Madrid şəhərində imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə