NATO birbaşa olaraq Rusiya ilə müharibədən çəkinir - POLİTOLOQ AÇIQLADI
“Rusiya-Ukrayna münaqişəsi fonunda dünyanın siyasi xəritəsində müəyyən dəyişikliklərin getdiyini müşahidə edirik. Ümumiyyətlə Ukrayna tərəfini haqlı çıxartmaq, müdafiə etmək, ona müxtəlif yardımlar göstərmək fonunda Rusiyanı da dəstəkləyən bəzi dövlətlər var. Bu dövlətlər sırasında açıqca Rusiyanım hegemonluğu açıq-aşkar şəkildə göstərən dövlətlərdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, təbii ki, bütün bu gedən proseslər dövlətlərin həm hərbi seqmentə öz diqqətini artırması ilə yanaşı, həm də müdafiə qabiliyyətinin daha da güclənməsinə yönəlib: “Əsasən Çin hökuməti hərbi islahatları və ordunun yenidən silahlandırılmasını sürətləndirməyi planlaşdırır və bu heç də təsadüfi deyil. Eyni zamanda dünyada münaqişə ocaqlarının yaradılması, etnik zəmində baş verən ziddiyyətlər və digər neqatif hallar həmçinin müasir beynəlxalq münasibətlər sisteminə mənfi təsir göstərir. Dünyada beynəlxaıq hüququn bərqərar olması üçün genişmiqyaslı islahatlar həyata keçirilməlidir.
1945-ci ildən sonra yaradılan Birləşmiş Millətlər Təşkilatı və onun inustitutları demək olardı ki, öz işinin öhdəsindən gələ bilmir. BMT-nin Təhlükəsizlik Şurası artıq işlək bir mexanizm deyil. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr yalnız tövsiyə xarakteri daşıyır və onun iqlimintasiyası çox uzun zaman alır. Burada ikili standartları, ikili yanaşmaları, qərəzli münasibəti görmüşük. Bu baxımdan beynəlxalq hüququn fundamental norma və prinsiplərinin icra olunmasına böyük ehtiyac var. Hazırda güclünün hüququ və güc faktoru daha çox prioritet təşkil edir. Bu isə qəbulolunmazdır. Belə çıxır ki, dövlətlərin iqtisadi potensialı çoxdursa, iqtisadi dayanıqlılıq səviyyəsi yüksəkdirsə, bu zaman həmin dövlətlər digər ətrafında olan qonşularını və digər ölkələri işğal edə bilərlər. Bütün bunlar qəbulolunmaz yanaşmalardır”.
İlyas Hüseynov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, hazırda Rusiyanın keçirdiyi fəaliyyəti dayandırmaq üçün Qərbin əlində yalnız iqtisadi alətdən istifadə olunur. Bu isə sanksiyalar paketidir: “Lakin sanksiyalar Rusiyanın hərbi müdaxiləsini dayandıra bilmədi. Hazırda da Rusiya öz maraq və mənafeələri uğrunda mübarizəni davam etdirir.
NATO birbaşa olaraq Rusiya ilə müharibədən çəkinir. Bu səbəbdən də Ukraynanı yalnız kənardan dəstəkləyir. Əgər, Ukrayna ərazisində NATO qüvvələri Rusiya ilə mübarizə aparsalar, bu Üçüncü Dünya müharibəsi deməkdir. Nəzərə almaq lazımdır ki, bütün bəşəriyyət üçün nüvə müharibəsi və təhlükəsi hələ də qalmaqdadır. Bu səbəbdən neqatif əhval-ruhiyyənin aradan qaldırılması və müharibənin dayandırılması istiqamətində siyasətçilər daha çox düşünməlidirlər. Keçirilmiş diplomatik raundlarda isə bir nəticə əldə olunmadı. Üçüncü raund görüş haqqında ehtimallar irəli sürülür. Lakin bu görüşlər imitasiya xarakteri daşımamalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB