Ermənistanda proseslər daha da mənfiyə gedəcək - POLİTOLOQ AÇIQLADI

Ermənistanda proseslər daha da mənfiyə gedəcək - POLİTOLOQ AÇIQLADI

“Ermənistan parlamentli respublika olduğuna görə, prezident siyasi qərarlarda və önəmli məsələlərdə elə də bir səlahiyyətə malik deyil. Bu baxımdan düşünürəm ki, önəmli qərarlarda əsas söz sahibi Paşinyan olacaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.


Onun sözlərinə görə, daha əvvəl Armen Sarkisyan Paşinyanın müəyyən qərarlarında ona etiraz etməyi bacarırdısa, Xaçaturyan Paşinyan tərəfindən hakimiyyətə gətirildiyinə görə, o, ümumiyyətlə Paşinyanın qərarlarına etiraz etmək əzmində deyil: “Bundan əlavə həmçinin Ermənistanda son aylarda bir çox nazir postlarına səriştəsi olmayan adamlar təyin olunub. Eyni zamanda yüksək texnologiyalar naziri kimi özünü heç bir formada təsdiq edə bilməyən Xaçaturyanın Ermənistan prezidenti olması ümumilikdə Ermənistan barəsində hansısa bir müsbət dəyişikliyə səbəb olmayacaq. Əksinə Ermənistanda proseslər daha da mənfiyə gedəcək. Çünki Ermənistanda hakimiyyət daxilindəki qruplar arasında ciddi toqquşmalar yaşanacaq. Eyni zamanda müxalifətin də iqtidara qarşı olan təzyiqləri Xaçaturyanın da prezident seçilməsindən sonra daha da artacaq”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə