Azərbaycan Antalya Diplomatik Formunda təmsil olunacaq

Azərbaycan Antalya Diplomatik Formunda təmsil olunacaq

Azərbaycan Antalya Diplomatik Forumunda təmsil olunacaq. SİA-nın verdiyi məlumata görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib. Ceyhun Bayramov bildirib ki, gələn həftə Azərbaycan nümayəndə heyəti Antalya Diplomatik Forumuna qatılacaq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, bütün beynəlxalq təşkilatların təmsilçiləri də orada olacaq: "Biz hər kəsi dəvət etdik. Tədbirə Ermənistanı da dəvət etmişik".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə