YAP-ın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinə yeni, çevik mexanizminin yaradılmasına öz böyük töhfələrini verməkdədir
Yeni Azərbaycan Partiyasının xalqın etimad və inam ünvanına çevrilməsi danılmaz faktora çevirlib. Belə ki, yarandığı gündən etibarən, hazırkı dövrümüzə qədər öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə xidmət edən YAP bu gün də şərəfli və qələbəli yoluna davam edir. Ümummilli Lider Heydər Əliyev ideallarına sədaqətini, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf kursunu əzmlə həyata keçirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin apardığı islahatlar isə öz töhfələrini verməkdə davam edir. O cümlədən, partiya yarandığı ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. Partiyanın yaradıcısı dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim partiya statusunu alan YAP daim siyasi proseslərin önündə olub, ona göstərilən etimadın öhdəsindən layiqincə gəlib. Eyni zamanda, partiya bu illər ərzində əldə etdiyi nailiyyətlərlə kifayətlənməyib, Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atıb, cəmiyyətimizdəki yeniliklərlə, dəyişikliklərlə bir addımlayıb. YAP-ın bir il öncə - 5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayında qəbul edilmiş mühüm qərarlar və ondan sonra həyata keçirilən əhəmiyyətli tədbirlər bir daha sübut etdi ki, Azərbaycanda siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasında, təkmilləşməsində hakim siyasi təşkilatın yeri və rolu məxsusidir.
Qəbil edilmiş Proqram yeni yol xəritəsinin, çağırışların müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsinə öz müsbət təsirini göstərdi
Ölkə Prezidenti cənab İlham Əliyevin partiyanın VII qurultayda proqram xarakterli çıxışı, həmçinin, vacib qərarların qəbul edilməsi YAP-ın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinə yeni, çevik mexanizminin yaradılmasına öz böyük töhfələrini verməkdədir. Beləliklə, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar, yeni Nizamnamə müasir dövrün bütün tələb və çağırışlarına cavab verdi, partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Daha təkmil idarəetmə formasının müəyyən olunması, yeni Proqramın demokratik dəyərlərə və milli maraqlara əsaslanan, habelə müasir yanaşma və metodları özündə ehtiva etməsi hakim partiyanın ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsinə, yeni yol xəritəsinin, çağırışların müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsinə öz müsbət təsirini göstərdi.
Qələbələrdən qələbələrə doğru!
Yeni Azərbaycan Partiyası 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirdi, Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu. O cümlədən, YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi də ölkəmizdə uğurla həyata keçirilən xarici siyasətin davamıdır. Dostluq və qardaşlıq əlaqələri digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir. Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ötən il iyun ayının 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir.
Habelə, altı siyasi partiyanın YAP-a qoşulması da partiyanın cəmiyyətə milli həmrəylik mesajları verdiyini, qapılarının konstruktiv qüvvələrə açıq olduğunu nümayişi, eyni zamanda ölkəmizin siyasi mühitində siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yenilik oldu. Bu proses milli dövlətçilik ənənələrinin də irəliləməsinə öz bəhrələrini verəcəkdir.
YAP-ın beynəlxalq əlaqələri uğurlu nəticələrə söykənir
YAP-ın beynəlxalq əlaqələri də sürətli inkişaf yolundadır. Partiyanın uğurlu diplomatiya spektorundakı rolu da məhz bu cür qənaətə gəlməyə zəmin yaradır.
Belə ki, YAP-ın Rusiya, Çin, Özbəkistan, Tacikistan, Ukrayna, Yaponiya, Vyetnam, Laos və Kambocanın da hakim partiyaları ilə əlaqələri mövcuddur. YAP Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir.
Bu uğurlar həm də Ulu Öndər Heydər Əliyev ideologiyasının yaşadılmasına, əbədiliyinə doğru tərəqqi edən zəfər yolunun davamıdır
Qürurverici haldır ki, hər zaman siyasi proseslərin önündə olan hakim partiya 30 illik yubileyinə daha fəal və mətin addımlarla qədəm qoyur. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ümumxalq partiyası olaraq bundan sonra da qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək, Azərbaycanın bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlarının sürətli və hərtərəfli inkişafına davamlı töhfələr verəcək. Bu uğurlar həm də Ulu Öndər Heydər Əliyev ideologiyasının yaşadılmasına, əbədiliyinə doğru tərəqqi edən zəfər yolunun davamıdır.
Mehdi BALABƏYOB,
YAP Şabran rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB