YAP-ın fəaliyyəti demokratik dəyərlərə və milli maraqlara əsaslanır
Yeni Azərbaycan Partiyasının VII qurultayı hakim partiyada islahatların aparılmasına zəmin yaratmış oldu. YAP ötən 30 il ərzində ölkəmizin həyatında ən vacib vəzifələrin öhdəsindən layiqincə gəlmiş, xalqın ehtimadını qazanmış siyasi birlikdir. Ümummilli Lider Heydər Əliyevin ətrafında Yeni Azərbaycan Partiyası ölkənin ən çətin və taleyüklü məqamlarında ölkədə siyasi sabitliyi təmin etmiş və xalqı arxansınca apara bilmişdir. Partiyamızın VII Qurultayında qəbul olunmuş qərarlarla hakim partiyanın iqtidar - xalq modelinin reallıq qazandığını, ölkədə milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.
2020-ci ildə Vətən müharibəsində əldə olunmuş Qələbənin kökündə ölkənin vətənpərvər yeni gənc nəslin yetişməsi durur. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Vətən müharibəsi zamanı döyüşdə iştirak edən gənclərin əksəriyyəti İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildə uşaq və yeniyetmə olanlardır.
VII qurultayda partiyanın yeni hüquqi-normativ sənədləri qəbul edilmişdir. Qurultayda partiyanın yeni Nizamnaməsi və yeni yaradılmış strukturların əsasnamələri təsdiq edildi.
Yeni Nizamnaməyə əsasən, qurultay Partiyanın sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müyyən edilmiş, Partiya sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, həmçinin partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların daxil olduğu təsbit edilmişdir. Qeyd edək ki, 2021 - ci il sentyabırın 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında YAP-ın 76 yerli təşkilatın sədləri vəzifəyə təyin edilmiş və kadrların seçilməsində peşəkarlıq, dövlətçilik və vətənpərvərlik meyarları əsas götürülmüşdür.
Bu gün YAP həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini vermişdir.
YAP-ın demokratik dəyərlərə və milli maraqlarına əsaslanan yeni Proqramı partiyanın gələcək inkişafı baxımından böyük əhəmiyyətə malikdir.
David İBRAMXƏLİLOV,
YAP Qusar rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB