Oğuzda Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi anılıb
Vətən Müharibəsi Qəhrəmanı, Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Şuşada döyüş yolu keçərək, Zəfərimizdə əhəmiyyətli payı olmuş oğuzlu Şəhid İbrahimli Nail Nəriman oğlunun anadan olmasının 28-ci doğum günü münasibətilə, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, təşkilatın əməkdaşları və fəalları, Şəhidimizi ailəsini ziyarət edib, uyuduğu Xaçmaz kənd Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub. Həmçinin, şəhidin əziz xatirəsini anmaq üçün rayon ictimaiyyəti ilə yanaşı, Şəhid ailələri, Oğuz RİH-in əməkdaşları, SHXÇDX-nin Oğuz rayon bölməsinin əməkdaşı, rəsmilər və Dövlət Sərhəd Xidməti komandanlığının ali hərbi rütbəli zabiti və şəxsi heyəti iştirak edib.
Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin timsalında, bütün şəhidlərimizi hörmət, minnətdarlıq və ehtiramla anılıb.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB