Biz gəlmək istəyirik, amma bir xəbər yoxdur - SON DƏQİQƏ! - AZƏRBAYCANLI TƏLƏBƏ DANIŞDI-FOTOLAR

Biz gəlmək istəyirik, amma bir xəbər yoxdur - SON DƏQİQƏ! - AZƏRBAYCANLI TƏLƏBƏ DANIŞDI-FOTOLAR

"Biz Ukraynadan qatar ilə gəldikdən sonra bizi qrupla bölərək avtobuslara mindirdilər". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Ukraynada təhsil alan azərbaycanlı tələbə Ülvi Qasımov deyib.

Onun sözlərinə görə, onlar bir gün yarımdır ki, Ruminiyanın paytaxtı Buxarest şəhərindədir: "Bizi normal şəkildə qarşıladılar. 45 nəfər birlikdə idman zalında qalırıq. Bizi yeməklə hər şeylə təmin edirlər. Buxarestin diaspor nümayəndəsi bizə bildirdi ki, sizi göndərəcəyik. Amma hələ ki, bir xəbər yoxdur. Biz gəlmək istəyirik".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə