“Vahan Xaçatryanın baxışları Sarkisyandan fərqli olaraq revanşist yönümdə görünmür” AÇIQLAMA

“Vahan Xaçatryanın baxışları Sarkisyandan fərqli olaraq revanşist yönümdə görünmür” AÇIQLAMA

“Ermənistanda vəd olunan kimi prezident seçkiləri Ermənistan parlamentində keçirildi. Vahan Xaçatryan 71 səslə prezident kürsüsünə yiyələndi. Bundan sonra sözügedən ölkədə prezident vəzifəsini Vahan Xaçatryan icra edəcək”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloq deyib ki, Ermənistan Konstitusiyana görə prezidentin səlahiyyətləri çox məhduddur: “2018-ci ildə Ermənistanda Konstitusiya islahatları ilə bu nəticəyə gəlinmişdir. Adı çəkilən ölkədə prezident daha çox baş nazirin tövsiyələri əsasında hökumətin formalaşdırılması və digər məsələləri icra edir. Nikol Paşinyan hakimiyyətə gələndə Armen Sarkisyanı dəyişə bilmədikdə onunla müəyyən sövdələşməyə getdi. Armen Sarkisyan Ermənistanda diaspor fəaliyyətinin nizamlanması və daha çox xarici siyasəti töhfə vermək istiqamətində fəaliyyət göstərildi və onun qatı millətçi olması erməni lobbisinin əlaqələri, eləcə də özünün şəxsi ambisiyaları onun vəzifədən getməsi ilə nəticələndi. Bir sözlə, Armen Sarkisyanın vəzifədən getməsinin də əsas arqumentasiyası bundan ibarət idi ki, prezidentin səlahiyyətləri çox məhduddur”.

İlyas Hüseynov onu da bildirdi ki, əvvəldən də məlum idi ki, Ermənistan prezidentin səlahiyyətləri çox məhdud forma ilə yekunlaşır: “Hazırkı prezident Vahan Xaçatryan maraqlıdır ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan dövründə İrəvanın meri olub. Nikol Paşinyanın da Levon Ter-Petrosyanla yaxınlığı onu deməyə əsas verir ki, əvvəldən onun siyasi baxışlarına və yürütdüyü fəaliyyətə çox bəllədir və bu postda daha çox Paşinyanın tövsiyəsi ilə onun rəhbərlik etdiyi “Vətəndaş Razılığı” partiyası parlament çoxluğu sayəsində prezidenti seçdirə bildi. Lakin müxtəlif dövrlərdə Vahan Xaçatryanın regionda sülhün formalaşması üçün qonşularla problemlərin minimallaşdırılması daha çox nəzərə çarpır. O Türkiyə və Azərbaycanla da münasibətlərin normallaşdırılması və Ermənistan cəmiyyətinin sülhə hazırlanması prosesində fəal iştirak edə bilər. Armen Sarkisyandan fərqli olaraq onun baxışları revanşist yönümdə görünmür. Ermənistanda Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik ruhunda tərbiyə almış gənclər, siyasətçilər, hərbi ekspertlər var, bu yaranmış əhval-ruhiyyəni netrallaşdırmaq üçün Vahan Xaçatryan fəal fəaliyyət göstərməlidir. Sərhədlərin delimitasiyası, nəqliyyat və kommunikasiya xətlərinin açılması və yekun sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda təhlükəsizlik mühitini bir qədər də gücləndirər və daha çox Ermənistanda Vahan Xaçatryan kimi praqmatik siyasətçilərin olması fonunda bütün istənilən nəticələri əldə etmək mümkündür. Vahan Xaçatryana münasibət Ermənistan cəmiyyətində hazırda qeyri-müəyyən olsa da arzu olunandır ki, onun sülhün tərəfdarı olması, Ermənistan cəmiyyətini sülhə hazırlamaq və bu yöndə kökləmək məsuliyyətini anlasın və buna uyğun olaraq öz siyasət addımlarını atsın. Əks təqdirdə təbii ki, regionda gərginlik yarana bilər. Gərginliyin yaradılmasında regionda və dünyada gedən proseslərə baxanda heç bir tərəf maraqlı deyil, Azərbaycan isə xarici siyasi strategiyasında artıq uzun illədir ki, sülhün tərəfdarı olduğunu bəyan edib və konstruktiv əməkdaşlıq formasında iqtisadi əsaslarla, qonşularla bərabər hüquqlu münasibətlərin qurulması Azərbaycanın xarici siyasət strategiyasının ən proritet vəzifələri kimi dəyərləndirilə bilər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə