Müharibə artıq aktiv fazada özünü göstərir - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

Müharibə artıq aktiv fazada özünü göstərir - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Rusiya-Ukrayna böhranı fonunda artıq müharibə başlayıb. Müharibənin 5-ci günündə Rusiya və Ukrayna nümayəndələri Belarusiyada görüşdülər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirdi.

Onun sözlərinə görə, bu görüş Rusiyanın təkidi ilə baş tutdu: “Düşünürəm ki, birinci raund görüşlər nəticə vermədi. Hər iki dövlətin təklifləri tərəflər arasında qəbulolunmazdır. Məncə, Rusiyanın təklifləri daha aqresiv xarakter daşıyırdı. Çünki atəşkəsi pozub, Ukraynaya hücum edən tərəf Rusiyadır. Rus qoşunlarını geri çağırıb atəşkəs elan olunmalı təqdirdə Rusiya tərəfi bunu etmədi. Fikrimcə, bundan sonra keçirilən görüşlər də hər hansısa bir nəticə verməyəcək. Belarusiyada öz qoşunlarını Ukraynaya göndərdi və bu müharibə artıq aktiv fazada özünü göstərir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə