25 fevral 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova,rayon İncəsənət Məktəbinin direktoru Könül Kərimova və rayon təşkilatı fəallarının böyük qrupunun iştirakı ilə rayonun Şəhidlər Xiyabanında naməlum əsgərin məzarı önündə 25 fevral 1993-cü ildə Ağdam rayonunun Şelli kəndində itkin düşmüş şəhid Məmmədov Həsən Əmrah oğluna anım günü keçirilmişdir. Şəhidlər Xiyabanı ziyarət olunmuş, məzarların üzərinə tər çiçəklər düzülmüş, ruhlarına dualar oxunmuşdur. Həsən Məmmədov haqqında məlumat verilmiş, xatirələr söylənildi. Şəhidin qardaşı Arif Məmmədov diqqətə görə minnətdarlığını bildirmişdir. Həsən Məmmədov 20 iyul 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Ucar rayonundan olan ailə sonralar rayona köçmüşdür. Həsən Məmmədov ailədə 9 uşaq - 4 bacı, 5 qardaş arasında 6-cı uşaq, 3-cü oğlan övladı olub. Bakı şəhəri, Binəqədi rayonu,115 saylı axşam orta məktəbində oxumuşdur. Həmçinin 1887-1988-ci illərdə Bakı şəhəri,1 saylı Texniki Peşə Məktəbində elektrik-qaz qaynaqçısı peşəsi üzrə təhsil alaraq "ikinci dərəcəli elektrik-qaz qaynaqçısı" ixtisasına yiyələnmişdir. Həsən Məmmədov əvvəllər 2 dəfə məhkum edilmiş, sonuncu dəfə 21 yanvar 1991-ci il tarixdə məhkum edimiş, Azərbaycan Respublikası 15 iyul 1992-ci il tarixli Amnistiya aktının 8 "a" bəndinə əsasən 24 avqust 1992-ci il tarixdə cəza çəkməkdən azad edilmişdir. Cəzaçəkmədən azad edildikdən sonra könüllü olaraq Yaqub Rzayevin komandiri olduğu könüllülərdən ibarət özünümüdafiə batalyonu tərkibində ermənilərə qarşı döyüşmüşdür (Məhkəmə qətnaməsində qeyd olunub).
Yaşının böyüklüyünə görə 3-cü itkin şəhidimiz Həsən Məmmədov ömrünün 35 yaş 7 ay 5-ci günündə - 25 fevral 1993-cü il tarixdə Ağdam rayonunun Şelli kəndində itkin düşmüşdür. Həsən Məmmədov subay idi. Atası Əmrah Məmmədov 1977-ci ildə, anası Ceyran Məmmədova 12 iyun 2012-ci ildə vəfat ediblər.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB