Rus səfiri Anatoli Antonov bunu düşmənçilik sayır

"ABŞ-ın BMT-dəki 12 rusiyalı diplomatı persona non qrata elan etməsi düşmənçilikdir"
Rus səfiri Anatoli Antonov bunu düşmənçilik sayır

Rusiya ABŞ-ın BMT-yə 12 rus diplomatını persona non qrata elan etməsini düşmənçilik kimi qiymətləndirir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

"Administrasiyanın bu hərəkətləri dərin məyusluq hissi yaradır. ABŞ hökuməti dünya təşkilatındakı xarici nümayəndəliklər üçün normal iş şəraitinin təmin edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri bir daha pozub. Zərbə növbəti dəfə rus diplomatlarına gəldi. Bu, ölkəmizə qarşı düşmənçilikdir", - deyə səfir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə