Sakaryada “Xocalı şəhidləri” abidəsi açılıb

Sakaryada “Xocalı şəhidləri” abidəsi açılıb

Türkiyənin Sakarya vilayətinin Serdivan bölgəsində “Xocalı şəhidləri” abidəsinin açılışı olub.

SİA-nın xəbərinə görə, abidə Sakarya Universitetində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşəbbüsü ilə ucaldılıb.

Açılış mərasimində çıxışını edən adıçəkilən birliyin sədri Sahib Həşimov, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və digərləri Xocalıdakı soyqırımını törədənlərin hələ də cəzalandırılmadığını vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə