Türkiyə-Azərbaycan münasibətləri regiona kəskin şəkildə təsir edəcək - POLİTOLOQ AÇIQLADI

Türkiyə-Azərbaycan münasibətləri regiona kəskin şəkildə təsir edəcək - POLİTOLOQ AÇIQLADI

“Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yaxşı dövrünü yaşayır. Azərbaycan daima Türkiyə ilə qardaşlıq əlaqələrinə önəm verib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, özəliklə cənab Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi qardaşlıq münasibətləri Türkiyə-Azərbaycan münasibətlərini daha da dərinləşdirir: “44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin Azərbaycana verdiyi dəstəyi xalqımız hər zaman minnətdarlıq hissi ilə xatırlayacaq. Həmçinin Türkiyə-Azərbaycan arasında imzalanan Şuşa bəyannaməsi bu 2 ölkə arasındakı münasibətlərə təkcə mənəvi-siyasi mənada deyil, iqtisadi, ticari və hərbi mənada təsir edir. Bu gün Qarabağın quruculuq işlərində Türkiyə fəal şəkildə iştirak edir. Müdafiə sənayəsi sahəsində Türkiyə Azərbaycanla bir sıra ortaq lahiyələr həyata keçirir. Fikrimcə, hərbi mənada da bu münasibətlər müstəsna rola malikdir.

Türkiyə Azərbaycan hərbiçilərinin yetişdirilməsində, müasir və NATO standartlarında təlimlərə cəlb olunmasında xüsusi əhəmiyyət verir. Bunun nəticəsində Azərbaycan və Türkiyənin yaratdığı yeni mühit regionada böyük etimad və əminamanlıq gətirəcək. Ukraynanın Prezidenti Zelenski son verdiyi açıqlamada Rusiya ilə münasibətlərin tənzimləməsində cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkliflərindən bəhs edib. Bütövlükdə bu 2 ölkənin münasibətləri təkcə bu iki ölkə kontekstində deyil, həm regional, həm də qlobal konteksdən mühüm əhəmiyyətə malikdir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə