"Hər kəsə məlumdur ki, lider hər bir xalqın taleyində mühüm rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Politoloq Zaur Məmmədov bildirib ki, liderin apardığı siyasət xalqın həm bədbəxtliyinə, həmçinin onun xoşbəxtliyinə gətirib çıxara bilər: "Lider xalqın seçdiyi legitim şəxsdir. Xalq bəzi hallarda lideri seçsə də, onun sonrakı davranışını dəstəkləməyə bilər. Biz bu gün region ətrafında baş verənlərə nəzər saldıqda onu görürük ki, onların öz çıxartdığı qərarlarda və apardıqları siyasətdə nəinki özlərinə həm də ətraf regionlara təsir edir. Rusiya və Ukrayna arasında baş verənlər və hər iki liderin davranışları ekspertlər tərəfindən müxtəlif dünya ictimaiyyəti tərəfindən qiymətləndirilir. İlk əvvəl dövlətin başında duran şəxsin liderliyi onun daxili və xarici siyasətdə apardığı düzgün seçimlərdə özünü göstərir. Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi daxili və xarici siyasət fəlsəfəsi bu gün Azərbaycanı bir çox çətin məqamlardan qoruyub. Azərbaycanı bir çox çətinliklərdən xilas edib. Biz başqa ölkələrin liderlərinə nəzər saldıqda görürük ki, onların geosiyasi nəzarət çərçivəsində digər dövlətlərlə apardıqları maliyyə siyasəti ayrı-ayrı dövlətlərin qapısını döyməsi ilə nəticələnir. Nəticə etibarı ilə növbəti dəfə dövlət fəlakətlə üzləşir".
Zaur Məmmədov sözlərinə əlavə edərək qeyd edib ki, dünya bir neçə dəfə qeyri-klassik siyasətçinin siyasətə gəlməsinin şahidi oldu: "Bu gün Ukraynanın problemləri və Ukrayna xalqına olan çağırışların əsası heç də Zeleskinin apardığı siyasətin nəticəsi deyil. O ilk növbədə Ukraynada bundan öncəki hakimiyyətlərin bu və ya digər məsələlərlə bağlı verdikləri qərarın nəticəsidir. Bu gün müharibə dönəmində Zelenskinin özünün apardığı siyasət təqdirəlayiqdir. Zelenski qətiyyətlə Ukrayna xalqının yanında dayanması onun göstəricisidir ki, sona qədər xalqın yanında dayanaraq mübarizə aparacaq. Ukrayna hadisələri bundan sonrakı gedişatı indi bəlli deyil. Belarusiyada Rusiya və Ukrayna arasında danışıqlar başlayacaq. Bundan sonra da qərarların verilməsi diplomatiyada nəticə əldə edilməsi Ukrayna üçün vacibdir. Ümumilikdə demək olmaz ki, aktyordan prezident olmaz. Bu baxış düzgün deyil. Çünki biz real olaraq görürük ki, Ukraynanın fəlakətlə üzləşməsi Zelenskinin günahı deyil. Liderlik xususiyyətinin əsası odur ki, daxili istedadı olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB