“Xocalı soyqırımı ən qəddar soyqırım kimi tarixə düşdü” - AÇIQLAMA
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı birləşmələri və Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası Xocalı şəhərini işğal edib, insanları kütləvi şəkildə qətlə yetirdilər”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.
Onun sözlərinə görə, Xocalı soyqırımı ən qəddar, ən dəhşətli bir soyqırım kimi tarixə düşdü: “Xocalıda əli silahsız dinc insanlara qarşı qətliam törədilmiş, yüzlərlə uşaq, qadın, kişi, qoca, cavan qətlə yetirilmiş, insanlar əsir düşmüş və bu gün də onların bir çoxunun taleyi məlum deyil. Xocalı soyqırımının dünyada tanıdılması və dünya ictimaiyyətinə çatdırılması istənilən səviyyədə deyil. Düzdür “Xocalıya ədalət” kampaniyası çərçivəsində son dövrlər bu sahədə böyük işlər görülüb. Xüsusilə də Heydər Əliyev Fondu Xocalı soyqrımını beynəlxalq aləmdə tanıdılması ilə bağlı böyük işlər gördü və bu fəaliyyət nəticəsində bu gün Xocalı soyqırımı tanınmaqdadır. Bildiyim qədər hazırda Xocalı soyqırımını rəsmi olaraq 14-dən çox ölkə tanıyır. Xocalı faciəsinin tanıdılması istiqamətində işlər davam edir. Bir sözlə, Heydər Əliyev Fondu Beynəlxalq müstəvidə Xocalı faciəsinin tanıdılması istiqamətində böyük işlər gördü. Düşünürəm ki, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hər gün iş aparılamlıdır. Çünki bu təkcə Azərbaycan xalqına, Azərbaycan türklərinə qarşı həyata keçirilən qeyri -insani bir soyqırımı deyil. Bu həm də insanlığa qarşı yönəlmiş bir cinayətdir. Biz tezliklə Xocalıya qayıdacayıq, tezliklə öz torpaqlarımızı tam erməni işğalından azad edəcəyik və tezliklə biz öz ərazilərimiz yaşayacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB