Putin bu müharibədə qalib gəlməyəcək - Şolz

Putin bu müharibədə qalib gəlməyəcək - Şolz

"Prezident Putin qitədə əsrin dörddə üçü ərzində görünməyən müharibəyə başladı, lakin o, qalib gəlməyəcək".
SİA xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz fevralın 24-də axşam televiziya ilə həmvətənlərinə müraciətində bildirib.

"İndi biz Avropada 75 ildən artıqdır görünməyən müharibənin başlanğıcını yaşayırıq. Rusiya prezidenti Putin suveren dövlət olan Ukraynaya hücum etmək qərarına gəlib. Bunu heç kim və ya heç bir şey əsaslandıra bilməz", Şolz vurğulayıb.

O, bunu təkcə zorakı üsullarla sərhədləri dəyişdirmək deyil, bəlkə də bütün dövləti xəritədən silmək cəhdi adlandırıb. Putin vaxtı geri qaytarmaq istəyir, amma böyük dövlətlərin kiçiklərin başı üstündə qərar verdiyi, fövqəldövlətlərin dünyanı öz aralarında təsir dairələrinə böldüyü soyuq müharibə dövrünə dövrə qayıtmaq olmaz. Mərkəzi və Şərqi Avropa vətəndaşlarının özləri üçün demokratik inkişaf hüququnu seçdikləri 1998-ci ilə qayıtmaq mümkün deyil. Biz bu suverenliyin pozulmasını qəbul etməyəcəyik, deyən Şolz əlavə edib ki, bu, Rusiya iqtisadiyyatı üçün ağır yük olacaq, təcavüzkarın ödəyəcəyi bir qiymətə çevriləcək bütün sərt iqtisadi sanksiyalar paketini xatırladıb.

Şolz deyib ki, Qərb Ukrayna ilə müharibə barədə Putinə daim xəbərdarlıq edib: "Cəmi bir həftə əvvəl Moskvada saatlarla söhbətimiz zamanı müharibənin böyük səhv olacağını söylədik. Lakin prezident Putin “bütün xəbərdarlıqları havaya buraxdı”. Bu müharibədə rus xalqı deyil, tək o günahkardır, tək o cavabdehdir, “bu müharibə Putinin müharibəsidir... Amma Putin qalib gəlməyəcək!”.

O, bir daha Kremli təcavüzü dayandırmağa, qoşunlarını çıxarmağa və Ukraynanın şərqindəki qeyri-qanuni özünü elan edən qurumların tanınmasını ləğv etməyə çağırıb.

Şolz vurğulayıb ki, bu müharibənin digər Avropa ölkələrinə yayılmamasına diqqət yetirilməlidir. Eyni zamanda o qeyd edib ki, Putin NATO-nun öz üzvlərini müdafiə etməyə hazır olduğunu qiymətləndirməməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə