Sülh istəməyən ölkə məsələni diplomatik yolla tez bir zamanda həll etməlidir - SABİQ SƏFİR DANIŞDI

Sülh istəməyən ölkə məsələni diplomatik yolla tez bir zamanda həll etməlidir - SABİQ SƏFİR DANIŞDI

"Rusiya və Ukrayna ilə həm Türkiyə, həm də Azərbaycan mütəffiq əlaqələr yaradıb". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, hər iki ölkə arasındakı problem bizi kədərləndirir: "Türkiyə NATO-nun üzvüdür və bununla əlaqədar olaraq, bizim Rusiya ilə Ukrayna arasında yaxından münasibətimiz var. Cənab Prezident İlham Əliyev yaxın günlərdə Rusiya ilə müttəfiqlik bəyannaməsi imzaladı. Bu sənəd çox böyük önəm kəsb edir. Uzun bir müddətdir ki, Rusiya Ukraynanın Dombas və Luqansk vilayətlərini öz muxtariyyətinə salmaq istəyir. Bu səhər başlayan hücumlar dünyadakı sülh amilinə zərər verir. Düşünürəm ki, Ukraynanın bir sıra istəkləri var və bu istəkləri Rusiya anlayışla qəbul etməlidir. Qərb ölkələrinin Ukraynaya xüsusi dəstək verməməsi diqqət çəkir. Hətta fikrimcə, Ukraynanı həvəsləndirib yarı yolda buraxırlar. Bu da Rusiya ilə Ukrayna arasında çəkişmələrə səbəb olur. Buna bənzər hadisələrin biz 2008-ci ilin avqust ayında Gürcüstanla Rusiya arasında baş verən münaqişələrdə şahidi olduq.

Bizim ən əsas arzumuz bu müddətin sülh yolu ilə son verilməsidir. Ukrayna xalqı uzun zamandır ki, basqı altında yaşayır. Milyonlarla insan hüzursuz bir şəkildə həyatına davam edir. Rusiyanın əsas tələbi Ukraynanın NATO-nun üzvü olmamasıdır. Sülh istəməyən ölkə bu məsələni diplomatik yolla tez bir zamanda həll etməlidir. Ümid edirəm ki, bu hadisələr danışıq yolu ilə başa çatar. Əks təqdirdə bölgəmiz kəskin şəkildə təhdid altındadır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə