Əhali kütləvi şəkildə Lvovu tərk edir-EKSKLÜZİV - DİASPORA SƏDRİ AÇIQLADI
“Bu gün saat 4-5 radələrində əldə etdiyim məlumata görə, Kiyevdə yerləşən strateji aeroport bombalanıb. Daha sonra isə Luqansk, Sumı, Xarkov, Çerniqov və Jitomir vilayətləri daxilində artilleriya, ağır texnika və atıcı silahlardan istifadə edilməklə sərhəd bölmələri, sərhəd patrulları və keçid məntəqələrinə hücumlar həyata keçirilib. Biz dərhal Azərbaycanın Ukraynadakı səfirliyi ilə əlaqə saxladıq və bizə bildirildi ki, Ukraynadakı azərbaycanlıların siyahısını hazırlayın və Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayın". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Ukraynanın Lvov vilayəti üzrə diasporanın sədri Teymur Məmmədov deyib.
Onun sözlərinə şəhər və vilayət administrasiyaları ilə əlaqə saxlanılıb və görüşülüb: “Hazırda şəhərdə böyük bir panika var. Ərzaq mağazalarında və apteklərdə insanlar sıraya düzülüblər. Kütləvi şəkildə əhali Lvovu tərk edir. Çünki ən çox hücumlar bura gözlənilir. Lvov şəhəri həm Avropaya yaxındır, həm də Ukraynanın mədəniyyət paytaxtıdır. Biz diaspor üzvlərini Lvovdan qırağa çıxartmağa çalışırıq. Əgər şəhərə hücum olarsa, biz şəhəri müdafiə etməyə hazırıq. Çünki Ukrayna xalqı həmişə bizə yaxın, dost xalq olub”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB