“Artıq dünyanın 12 ölkəsi Xocalı soyqırımını tanıyıb” - AÇIQLAMA

“Artıq dünyanın 12 ölkəsi Xocalı soyqırımını tanıyıb” - AÇIQLAMA

“Xocalı faciəsi Azərbaycan tarixində törədilən ən qanlı faciələrdən biridir. Bu soyqırımı erməni terrorçularının Rusiyanın 366-cı alayı ilə birlikdə həyata keçirilib. 1990-cı illərdən Xocalıdan başqa Azərbaycanın mülki əhalisinə qarşı Qazax rayonunun Bağanıs Ayrımda, Qarabağın müxtəlif yaşayış məntəqələrində İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Kərkicahan, Həsənabad, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndləri işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc sakinləri də eyni Xocalı soyqrımında olduğu kimi erməni separatçıları və Ermənistan silahlı qüvvələrinin Sovet ordusu ilə birlikdə törətdiyi cinayətlərin arasında yer almışdır”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.

Onun sözlərinə görə Xocalı soyqımının dünyada tanınması istiqamətində Heydər Əliyev Fondu kifayət qədər ciddi tədbirlər həyata keçirib: “Artıq dünyanın 12 ölkəsi Xocalı soyqırımını tanıyıb. Amma bu yetərli hesab oluna bilməz. Hesab edirəm ki, Azərbaycan həm tərəfdaşlarımızla, həm Qarabağ məsələsində bizim mövqeyinizi dəstəkləyən ölkələrlə, həm Qoşulmama Hərəkatının üzvləri ilə bu faciənin tanınması istiqamətində fəaliyyətlərimizi daha da genişləndirməliyik. Vətəndaş olaraq da hər birimiz xalqımıza və bütün insanlığa qarşı törədilən Xocalı soyqırımın və digər erməni cinayətlərinin cəzasız qalmaması üçün hər birimiz əlimizdən gələni etməliyik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə