Ağcabədidə Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir FOTOLAR

Ağcabədidə Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir FOTOLAR

YAP Ağcabədi rayon təşkilatı Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq silsilə tədbirlər keçirir. YAP Ağcabədi rayon təşkilatı, Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında yığıncaq keçirilib.

Tədbirdən əvvəl Xocalı soyqırımı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Yığıncaqda Heydər Əliyev Mərkəzinin elmi işçisi Təhminə Seyidova, YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Nazim Bünyatov, Gənclərin İnkişaf və Karyera mərkəzinin layihələr və təlimlər üzrə mütəxəssisi Leyla Zalova çıxış edərək, Xocalı faciəsi barədə məlumat verərək, fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdikləri vəhşiliklər barədə öz fikirlərini bildirib, Xocalıların qisasının Ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən 44 günlük Zəfər Qələbəsi ilə alındığını diqqətə çatdırıb.Tədbirin sonunda yığıncaq iştirakçıları foyedə açılmış "Xocalı faciəsi KİV-lərdə, rəsm əsərlərində, kitab, qəzet və jurnallarda" adlı sərgi ilə tanış olunub.

Daha bir tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasında məktəblilər arasında "Xocalı şəhidlərinin qanı yerdə qalmadı" mövzusunda keçirilən inşa yazı müsabiqəsi olmuşdur. Tədbir başlamazdan öncə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov müsabiqə iştirakçıları qarşısında çıxış edərək, Xocalıda ermənilər tərəfindən törədilmiş misli görünməmiş vəhşiliklər barədə qısa məlumat vermiş, həmçinin 44 günlük müharibə ilə qazanılmış qələbənin Xocalıların qisasının alınması kimi dəyərləndirmiş, şagirdlərə uğurlar diləmiş və qeyd etmişdir ki, İnşa yazı işləri münsiflər heyəti tərəfindən yoxlanıldıqdan sonra qaliblər YAP Ağcabədi rayon təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə