Ermənistanın müdafiə nazirliyində nə baş verir? ANALİTİK

Ermənistanın müdafiə nazirliyində nə baş verir? ANALİTİK

İstefaya göndərilənləri əvəzləyəcək yeni kadrların təyinatını Nikol Paşinyan sifarişlər əsasında verir

44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistan hakimiyyətinin müxtəlif rəsmi strukturlarında ciddi qarşıdurmalar, ziddiyyətlər bu gün də səngimir. Bu xüsusda, ölkənin müdafiə nazirliyində, eləcə də baş qərargahında bir-birinin ardınca istefalara göndərilmə halları, üstəlik bir çox yüksək rütbəli zabitlərə çoxsaylı cinayət işlərinin açılması silahlı qüvvələrin demək olar ki, fəaliyyətsiz quruma çevrilməsi isə hakimiyyətin çarəsiz vəziyyətdə növbəti çıxış yolları axtarmasına səbəb olmaqdadır.

Baş qərargahın rəisi Artak Davtyanın səlahiyyətləri məhdudlaşdırılacaq, sonra da istefaya göndəriləcək

SİA xəbər verir ki, bu barədə Ermənistan KİV-lərində də məlumatlar yayılmağa başlayıb. Misal üçün, “Joğovurd” qəzetinin yazdığına görə, bundan sonra Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi paralel olaraq müdafiə nazirinin birinci müavini vəzifəsini də icra edəcək. Müvafiq təkliflə Ermənistanın müdafiə naziri çıxış edib və bildirib ki, qurum “müdafiə haqqında” qanunda düzəlişlər etməyi düşünür. Lakin ona bu tapşırığın Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən verildiyi vurğulanır.

Bundan əlavə, baş nazirin, müdafiə nazirinin və baş qərargah rəisinin səlahiyyət dairələrinin də dəqiqləşdiriləcəyi bildirilir. Lakin ortada heç də bu rəsmi strukturun fəaliyyətinin yaxşılaşdırması deyil və əslində ortada fərqli məsələlər dayanıb. Bu məsələlər isə daxili ziddiyyətlərdən doğan faktlardır. Belə ki, adıçəkilən erməni nəşrinin yazdığına görə, əslində hakimiyyət “düzəlişlər” adı altında Ermənistanın baş qərargahının rəisi Artak Davtyanın səlahiyyətlərini məhdudlaşdırmağa, ardınca isə istefaya göndərilməsinə çalışır.

Soros fondu Ermənistanın müdafiə nazirliyinə də müdaxilə edir?

Digər erməni qəzeti – “İrvanuk” isə yazır ki, bütövlükdə müdafiə nazirliyi strukturlarında köklü kadr dəyişiklikləri baş verəcək. Nəşrə yaxınlığı ilə seçilən mənbə bildirib ki, yeni kadrlar məhz Ermənistanın baş qərargahına yerləşdiriləcəklər.

“Gözlənilən dəyişikliklərin səbəblərini hətta hərbçilərin özləri də bilmirlər”, deyə yazan “İrvaniuk” öz mümkün ehtimallarını irəli sürərək onu da iddia edir ki, bu kadrlar Soros fonduna bağlı olan adamlardırlar və bilavasitə baş nazir Nikol Paşinyana verilən sifarişin tərkib hissəsidir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə