YAP Nəsimi rayon təşkilatında Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 26 fevral - Xocalı soyqırımına həsr edilmiş anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov ölkəmizdə Xocalı soyqırımının 30-cı ildönümünün qeyd edildiyini vurğulayıb. Rayon təşkilatının sədri bildirib ki, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı da uzun illərdir ki, "Xocalıya Ədalət" kampaniyası çərçivəsində müxtəlif silsilə tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də Qanlı Xocalı Soyqırımı ilə əlaqədar öz təəssüratlarını bölüşəcək Xocalı sakini, Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının professoru Mübariz Allahverdiyev və Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının professoru Qabil Əliyev ilə YAP Nəsimi rayon ərazi partiya təşkilatı sədrləri və partiya fəalları ilə görüşüdür.
Professor Qabil Əliyev qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı Soyqırımına siyasi qiymət verildi və onun təşkilatçılarının adları dünya ictimaiyyətinə açıqlanıb. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının dünyaya təbliğ olunmasında əvəzsiz xidmətlərinin olduğu qeyd olunub.
Daha sonra professor Mübariz Allahverdiyev Xocalı soyqırımının insanlığa qarşı cinayət olmasını, buna hüquqi qiymətin verilməsini və yürüdülən düzgün siyasət və aparılan məqsədyönlü təbliğatın sayəsində, artıq bir çox ölkələrin parlamentlərində Xocalı soyqırımının tanındığını bildirib: "Beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar dövlət kimi təsdiqlədiklərini vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünya ölkələrində həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası nəticəsində, dünyanın bir sıra parlamentləri tərəfindən Xocalı qətliamı soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır".
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB