YAP Biləsuvar rayon təşkilatı növbəti tədbirini keçirib - FOTOLAR
22 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının 20, 21, 32 və 40 saylı şəhər ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. SİA xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəlikdə duran I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavinlərinin seçilməsi olmuşdur.
Yığıncaqda ərazi partiya təşkilatları sədrlərinin hesabatı dinlənildi. Hesabat dövründə görülən işlər geniş müzakirə olundu, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edildi.
Yığıncaqda təşkilati məsələyə baxılaraq, 20 saylı şəhər ərazi partiya təşkilatında Azad Quliyev sədr, Elnur Hüseynli sədr müavini seçildi. 21 saylı şəhər ərazi partiya təşkilatında isə Adil Hüseynov sədr, Əhməd Əzizov sədr müavini seçildi. 32 saylı şəhər ərazi partiya təşkilatında isə Malik Qədirov sədr, Sevinc Ağayeva sədr müavini seçildi. Qabil Xammədov 40 saylı şəhər ərazi partiya təşkilatının sədri, İradə Məmmədova isə sədr müavini seçildilər.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən geniş bəhs etdi. Partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin müasir dövrün reallıqlarına uyğun olan yeni çağrışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaratdığını bildirdi. K.Qurbanlı ötən hesabat dövrü ərzində ƏPT - nın fəaliyyətləri ilə baglı fikirlərini bildirdi. Yeni seçilən sədr və müavinləri təbrik edərək müvafiq tapşırıq və tövsiyyələrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB