“Tarix boyu bəzi xalqlar, eləcə də Azərbaycan xalqı erməni faşistləri tərəfindən bir çox qəddarlıqlarla üzləşib. Bəxtimizdən bizim qonşularımız uğurlu olmayıb. Təbii ki, bu seçim öz əlimizdə deyil, ona görə də, biz qonşularımızla bu məkanda yaşamaq məcburiyyətindəyik”. Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, zaman-zaman da ermənilər tərəfindən azərbaycanlılara qarşı vəhşiliklər, qəddarlıqlar, soyqırımılar törədilib: “Bu təxribatlardan biri də tarixin faciəsi adlandırılan Xocalı soyqırımıdır. Bu, insanlığa qarşı bir cinayətdir. İnsan olan kəs təbii ki, qocalara, yaşlılara, qadınlara, uşaqlara bu cür vəhşi rəftar göstərməz. Amma ermənilər bunu ediblər. Ermənilər ananın gözünün qarşısında balasını öldürüblər və balanın gözünün qarşısında ananı işkəncəyə məruz qoyublar. Bütün bunlar təbii ki, dünya mediasına, dünya ictimaiyyətinə çıxarılıb ermənilər qınanılmalıdır. Amma çox təəssüf ki, biz ermənilərin bu vəhşiliyini, bu faktı lazımı səviyyədə işıqlandıra bilməmişik. Amma bunun üçün cəhdlər gedir. Çünki bir neçə il əvvəllərə qədər azərbaycanlılar xarici ölkələrdə kifayət qədər təşkilatlanmamışdılar və erməni diasporu, lobbisi güclü olduğu məkanlarda bizim bu təbliğatımız üzə çıxa bilmirdi. Amma təbii ki, həqiqətin bir üzü var. Zaman-zaman biz indiyə qədər olduğu kimi bağışlanma mövqeyindən yanaşmasaq, həqiqətləri dünyaya göstərmək istəsək, erməni vəhşiliyini olduğu kimi təqdim edə bilərik. Çox təəssüf ki, ermənilərin nə xislətini, nə bir millət kimi mahiyyətini, nə də vəhşiliyini lazımı səviyyədə dünyaya göstərə bilməmişik. Onlar hələ də maskalanmış şəkildə yaşamaqdadırlar. Biz bu istiqamətdə fəaliyyətimizi mütləq davam etdirməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB