Xocalı soyqırımı gözümüzün qarşısında baş vermiş böyük müsibətdir - DEPUTAT AÇIQLADI

Xocalı soyqırımı gözümüzün qarşısında baş vermiş böyük müsibətdir - DEPUTAT AÇIQLADI

"1992-ci ildə fevral ayının 25-dən 26-sına keçən gecə Ermənistan dövləti özünün havadarları ilə birlikdə Xocalıda soyqırım törətdilər. Bu soyqırımın şahidlərindən biri də mənəm. Xocalı soyqırımı gözümüzün qarşısında baş vermiş böyük bir müsibətdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımında 613 dinc əhalimiz şəhid oldu: "Ermənilər burada hərbiçilərimizə qarşı yox, mülki insanlara qarşı soyqırım törətdilər. Çox təəssüflər olsun ki, Xocalı soyqırımının təşkilatçıları, törədiciləri kim idisə, onlar bu günə qədər cəzalarını almayıblar. Doğrudur, Azərbaycan 44 günlük Vətən müharibəsində şəhidlərimizin qisasını aldı. Ancaq soyqırımı təşkil edənlər, soyqırımının törədilməsinə rəhbərlik edənlər bu gün cəzasız qalıblar. Biz onların cəzalanmalarını gözləyirik".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Xocalı soyqırımının tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə, eləcə də cənab Prezident İlham Əliyevin hakimiyyətlik dövründə dünya miqyasında çox böyük işlər görülüb: "Dünyanın 20-dən çox ölkəsində Xocalı soyqırımı tanınıb. Bizim məqsədimiz erməni vəhşiliyini bütün dünyaya çatdırmaq, onların iç üzünü göstərmək, azərbaycanlılara qarşı cinayət, soyqırım törədənləri ifşa etmək və cəzalarına çatdırmaqdır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə