YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. 2022-ci il fevral ayının 18-də YAP Qazax rayon təşkilatının Ürkməzli və Dəmirçilər kənd ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Hesabat-seçki yığıncaqlarında pandemiya qaydalarına tam əməl olunub. Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər. Adları yuxarıda qeyd olunan ərazi partiya təşkilatlarında təşkilati məsələlərə baxılıb, sədr və müavin seçilib. Yığıncaqlarda partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz, avanqard partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən, üzvlük haqlarının məbləği və ödənilməsi Qaydası barədə ətraflı danışılıb. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam-intizamın möhkəmləndirilməsi, üzvlük haqlarının vaxtında və Qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələr verilib.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB