YAP Biləsuvar rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir FOTOLAR

YAP Biləsuvar rayon təşkilatının hesabat-seçki yığıncaqları davam edir FOTOLAR

17 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının 2, 4 və 8 saylı şəhər ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Gündəlikdə duran I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavinlərinin seçilməsi olmuşdur.

Yığıncaqda ərazi partiya təşkilatları sədrlərinin hesabatı dinlənildi. Hesabat dövründə görülən işlər geniş müzakirə olundu, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edildi.

Yığıncaqda təşkilati məsələyə baxılaraq, Səbinə Hüseynzadə 2 saylı şəhər ərazi partiya təşkilatının sədri, Mirhənifə Mirsultanov sədr müavini seçiliblər. 4 saylı şəhər ərazi partiya təşkilatında sədr Şahin Hüseynov, müavinsə, Tehran Qasımov seçildi. 8 saylı şəhər ərazi partiya təşkilatında isə Kazım Mənsimov sədr, Nəsimi Həsənov müavin seçilib.

Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, partiyanın Proqram və Nizamnaməsinin tələblərindən geniş bəhs etdi. Partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin müasir dövrün reallıqlarına uyğun olan yeni çağrışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaratdığını bildirdi. K.Qurbanlı ötən hesabat dövrü ərzində ƏPT - nın fəaliyyətləri ilə baglı fikirlərini bildirdi. Yeni seçilən sədr və müavinləri təbrik edərək müvafiq tapşırıq və tövsiyyələrini verdi.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə