Putin görüşdə səsləndirdiyi fikirlərlə gücünü nümayiş etdirdi - ŞƏRH EDİLDİ

Putin görüşdə səsləndirdiyi fikirlərlə gücünü nümayiş etdirdi - ŞƏRH EDİLDİ

“Fransa prezidenti Makronun Rusiyaya səfəri bir daha göstərdi ki, Rusiya ilə NATO arasında gərginlik hələ də qalmaqdadır. Bu gərginliyin hələ ki, səngiməsi əlamətləri görünmür. Makronun səfərinin başlıca məqsədlərindən biri ondan ibarətdir ki, Rusiya ilə Ukrayna arasında müəyyən bir danışığın olmasına cəhd edilsin”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.


Onun sözlərinə görə, Makron bu ilin aprel ayında baş tutacaq prezident seçkilərində iştirak edir: “Ola bilsin ki, seçkiöncəsi özünə müəyyən siyasi dividentlər qazandırmağa çalışır. Makronun Şərqə doğru genişlənməsi ilə bağlı Rusiya narahatdır. Eyni zamanda Qərbdə də belə bir təsəvvürlər var ki, Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma baş verəcək. Amma Putin Makrona bildirdi ki, Ukraynanın hərbi sənədində Krımın hərbi yolla alınması imkanı var. Belə çıxır ki, Rusiyaya qarşı hərbi əməliyyatlarda NATO da iştirak edəcək.

Ümumilikdə bütün bunlar göstərir ki, Rusiya ilə Qərb arasındakı gərginlik qalmaqdadır. Bu görüş ümumilikdə Putinin dominantlığı ilə müşahidə olundu. Həm bədən hərəkətləri ilə, həm ifadə etdiyi, səsləndirdiyi fikirlərlə Putin gücünü nümayiş etdirdi. Bu baxımdan hesab edirəm ki, Makron ilə Putinin görüşü bütövlükdə Rusiya-Qərb münasibətlərinin yeni bir elementini yarada bilmədi. Görüşdə Makronun rus sülhməramlılarının oynadığı rola, ayrıca olaraq Azərbaycan tərəfindən humanist addımın atıldığını vurğulaması yadda qalan məqamlardan biri oldu. Bütövlükdə Fransa-Rusiya görüşü mövcud vəziyyətin hər hansı bir cəhətdən dəyişməsinə səbəb olmadı”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə