"Makron Avropa İttifaqında fiqur rolunu oynayır" - SİYASƏTÇİ AÇIQLADI
“Son dövrlərdə NATO və Rusiya arasında çox gərgin münasibətlər formalaşıb. Ukranya ətrafında baş verən böhran bütün dünyanı narahat edən məsələdir. Bu xüsusda Makron öz imkanlarını təqdim etməyə çalışır, həm Rusiya, həm də Ukranyaya səfərlər edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Onun sözlərinə görə, artıq Rusiya prezidenti Vladimir Putinlə bir sıra görüşlər keçirilib: “Mətbuat konfransında bir sıra maraqlı məqamlar baş verib. Məlum olub ki, Rusiya öz ambisiyalarından və maraqlarından geri çəkilməyəcək. Putin NATO-dan və ABŞ-dan təhlükəsizlik qarantiyaları ilə bağlı məsələlərin hələ də aktual oldugu bildirdi. Makron həm də, Avropa İttifqının təmsilçisi kimi bu danışıqlarda iştirak edir. Çünki bu gün Avropa İttifaqinda sədrliyi Fransa icra edir. Eyni zamanda Makron öz nüfuzunu bir qədər artırmaq və prezident seçkilərində qalib gəlməyi hədəfləyir. Bununla da, Fransa Avropa da eskalasiya riskini minimalaşdırmaq, tərəfləri diplomatik siyasi danışıqlar raunduna cəlb etmək istiqamətində və Normand formatı çərçivəsində həyata keçirilən danışıqlarında israrcısıdır. Bu gün Merkeldən sonra Avropa İttifaqında ən önəmli siyasi fiquru məhz Makrondur. Lakin onun yeni prezident seçkilərində qalib gəlməsi hələ də sual altındadır. Buna görə də Makron öz reytinqini gücləndirmək və Rusiya ilə münasibətləri dərinləşdirmək üçün bu addımları atır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB