Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yaşayış evinin atəşə tutulması məlumatı yalandır - MN
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır.
Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildiriblər.
"Erməni sosial şəbəkələrində guya Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən mülki yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır", - məlumatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB