Fransa özünün beynəlxalq gücünü əldən vermək istəmir - MÜNASİBƏT

Fransa özünün beynəlxalq gücünü əldən vermək istəmir - MÜNASİBƏT

“Fransa dövləti Avropanın həmişə mühim ölkəsi olaraq özünü göstərə bilib. Bu istiqamətdə təsir dairələri də olduqca geniş olub. Xüsusilə də Böyük Britaniyanın Avropa İttifaqından çıxması Fransanın aktivliyi üçün zəmin rolunu oynamış oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov bildirib.

Onun sözlərinə görə, çünki Avropa İttifaqında Fransanın həmişə xüsusi yeri olub: “Təbii ki, Fransa dövlətinin də xüsusilə də, Emmanuel Makronun dövründə bəzi məsələlərə ikili standartlarla yanaşması, laqeyd münasibətlər göstərməsi ümumi ab-havaya öz mənfi təsirini göstərib. Amma son zamanlar Fransa prezidentinin bu cür fəallıq göstərməsinin müxtəlif səbəbləri olduğu da danılmazdır. Fransa özünün beynəlxalq gücünü əldən vermək, o gücə xələl gəlməsini istəmir. İstər Avropa İttifaqında, istərsə də beynəlxalq aləmdə gücünü itirməmək üçün çalışır. Eyni zamanda bildiyimiz kimi Fransada prezident seçkiləri keçiriləcək. Təbii ki, Emmanuel Makronun aktivləşməsinin bir səbəbi də bu ola bilər. Bu proses çərçivəsində prezidentliyə namizədliyini irəli sürmüş bir xanımın qeyri-qanuni yolla Qarabağa səfər etməsi sosial sorğularda Emmanuel Makronu üstələməsi ilə nəticələnib. Bu baxımdan seçki ərəfəsi olduğunu da nəzərə alsaq Fransa Prezidentinin bu cür fəallığını təbii qəbul etmək olar. Təbii olaraq, o, çalışır ki, öz nüfuzunu bərpa etsin, sosial sorğular zamanı önə keçsin.
Eyni zamanda təhlil etsək, görərik ki, Fransada təxmini 7 milyona yaxın başqa millətlərin nümayəndələri yaşayır. Onların da səsininin qazanılması məqsədilə müəyyən addımlar atılır. Bu baxımdan da Emmanuel Makronun son zamanlarda avtivliyi açıq şəkildə özünü göstərir. Amma aydındır ki, Qarabağ müharibəsi dövründə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransanın Azərbayacana qarşı və ümumi olaraq həmsədr ölkə kimi 30 il ərzində göstərdiyi fəaliyyət də göz qabağındadır. Hər zaman Ermənistana dəstək olduqlarını açıq şəkildə göstəriblər. Bu da erməni lobbisinin Fransada çoxluğu ilə də əlaqələndirilə bilər. Onların da səsini qazanmaq məqsədilə bu cür addımlar atılır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə