İlham Əliyev İrəvana qarşı yeni təsiretmə mexanizmi işlədir ANALİTİK+AKTUAL
Nikol Paşinyan 108 nəfər azərbaycanlı qalıqlarının Azərbaycana təhvil verildiyini deməklə Birinci Qarabağ müharibəsindəki erməni vəhşiliklərini və s. faktları da etiraf etmiş oldu!
Bəlli olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bugünlərdəki çıxışlarının birində bəyan etdi ki, İrəvan Birinci Qarabağ müharibəsində həlak olmuş 108 azərbaycanlının qalıqlarını Bakıya təhvil verib.
Paşinyanın səsləndirdiyi bəyanatının ilk öncə publikaya işlədiyini demək mümkündür. Çünki son vaxtlar Azərbaycanın Birinci Qarabağ müharibəsində həlak olan və itkin düşən 4 minə yaxın vətəndaşlarının taleləri ilə bağlı qətiyyətli tələbləri bilavasitə beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırılır. Yəni İrəvanın bu məsələdə yaxasını kənara çəkmək şansları ümumiyyətlə yoxdur. Məhz bunun səbəbidir ki, Nikol Paşinyan dərhal qeyd edilən bəyanatını verib. Amma söz yox ki, hər şey təkcə bu bəyanatla başa çatmır. Çünki ortada açıq qalan və veriləsi cavablarını gözləyən çoxsaylı suallar dayanmaqdadır.
Paşinyan cavab versin görək, həlak olan, yaxud iitkin düşən Azərbaycan vətəndaşları Ermənistana aparılaraq oradamı basdırılıblar?!
Beləliklə, Birinci Qarabağ müharibəsi Ermənistanın ərazisində deyil, məhz Qarabağda baş verib. Onda Paşinyan cavab versin görək, həlak olan, yaxud iitkin düşən Azərbaycan vətəndaşları Ermənistana aparılaraq oradamı basdırılıblar?!
Yaxud, geri qaytarılan qalıqlar Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları kontingentinin məsul olduqları yerlərdə basdırılıblar?
İrəvan Azərbaycana təhvil verdiyi qalıqların arasında qadın və uşaqların da sümüklərinin olmasından təlaş keçirir
Bu zaman erməni tərəfi dolayısı ilə etiraf etmiş olur ki, həmin qalıqlar barədə 26 il xəbərdar imiş və onları Azərbaycan tərəfinə bilərəkdən təhvil verməyib! Yaxud, hansı səbəblərə görə qalıqların təhvil verilməsi prosesi ictimaiyyətin göz qarşısında baş verməyib?! Axı Azərbaycan erməni diversantlarını İrəvana publik şəkildə, yəni ictimaiyyətin gözləri qarşısında Ermənistana təhvil verir, özü də Aİ-nin, Fransanın Ermənistandakı səfirləri onları Zvartnots hava limanında bayraqlarını açaraq qarşılayırlar (?!).
Əgər belədrsə, İrəvan dünya ictimaiyyətindən hansı əməllərini gizlətməyə cəhd edir? Ehtiyat edir və təlaşlanır ki, Azərbaycana təhvil verdiyi qalıqların arasında qadın və uşaqların da sümükləri var?
Digər sual: əgər 108 insanın qalıqlarını təhvil veriblərsə bu yallnız bir kütləvi məzarlıqdan çıxarılmış saydırmı?! Yoxsa həmin qalıqları müxtəlif yerlərdən qazıb-çıxarıblar?! Deməli, eyni zamanda belə bir nəticə də hasil etmək olar ki, ermənilər haraları qazmalı olduqlarını kifayət qədər yaxşı bilirmişlər!!! Beləliklə, erməni tərəfi başqa yerlərdəki basdırılma halları ilə bağlı məlumatlıdır!
Təbii ki, suallar çoxdur, hətta daha çoxdur və mövzu da məhz bu kontekstdə inkişaf etdirilir:
- Beynəlxalq aləmin sözügedən prosesə maksimum diqqət göstərməsi vacibdir!
- Azərbaycan Prezidenti İlham Əliyev artıq öz qətiyyətli sözünü deyib və addımını atıb. Misal üçün, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleləri ilə bağlı humanitar əməkdaşlığın vacibliyini vurğulayıb. Və əbəs deyil ki, artıq bununla bağlı həm Moskva, həm Paris, həm də Vaşinqton danışmağa başlayıb.
- Sonuncusu və ən əsası: Azərbaycan yeni təsiretmə mexanizmini tətbiq etməyə başladıb və Ermənistan heç bir halda bu məsələdən yaxasını kənara çəkə bilməyəcək, boyun qaçırmağa macal tapmayacaq. Bu macalı isə Bakı İrəvana əsla, qətiyyən verməz!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB