Enerji təhlükəsizliyi artan nüfuzumuzun göstəricisidir - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
“Avropa Azərbaycanı özünün enerji təhlükəsizliyini təmin edən strateji tərəfdaş kimi görür, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, bu fikirlərin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin Bakıda keçirilən VIII toplantısında dəfələrlə səsləndirilməsi və dünyanın bir çox nüfuzlu şirkətlərinin bu fikirlərə tərəfdar çıxması təsadüfi deyildir.
“Həqiqətən də bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin enerji stradegiyası özünün parlaq nəticələrini verir. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin uğurla yerinə yetirilməsi indi Avropa ittifaqı ölkələrini Azərbaycana daha da yaxınlaşdırmış və ölkəmizin beynəlxalq nüfuzunu qat - qat artırmışdır. Azərbaycan enerji siyasətində qarşılıqlı münasibətlər və etimada əsaslandığı üçün dünya ölkələri tərəfindən hörmətlə qəbul edilir və tərəfdaş kimi dəyərləndirilir. Cənab Prezident İlham Əliyev bu baxımdan qeyd edir ki, enerji siyasətinin arxasında heç bir siyasi gündəm olmayıb. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıbdır.
Məlum olduğu kimi Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir və dəyəri 33 milyard ABŞ dolları həcmində olan bu layihənin uğurla reallaşdırılması Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Layihənin tamamlanmasından sonra Azərbaycan o, cümlədən Avropa bazarlarına ixracı artıra bilmişdir, keçən il Azərbaycan 18 milyard kubmetr qaz ixrac etmişdir. Türkiyə, İtaliya, Gürcüstan, Yunanıstan, Bolqarıstan kimi ölkələr Azərbaycan qazından faydalanırlar. Bununla bərabər yeni marşurutların müəyyən edilməsi planlaşdırılır və dünyada Azərbaycan qazına olan tələbat artmaqdadır. Toplantıda da bu fikirlər səsləndirildi və deyilənlər reallıqları əks etdirir. Əlbəttə bu Azərbaycanın gələcək iqtisadi inkişafı və beynəlxalq nüfuzunun artması üçün çox önəmlidir”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB