Rus ekspert: “Njde qəhrəman deyil, faşist canisidir, onun təbliği yolverilməzdir” - ŞƏRH

Rus ekspert: “Njde qəhrəman deyil, faşist canisidir, onun təbliği yolverilməzdir” - ŞƏRH

Xəbər verdiymiz kimi, yanvarın 28-də çoxsaylı şikayətlərdən sonra Moskvada 3-cü Reyxlə əməkdaşlıq etmiş faşist əlaltısı Qaregin Njde haqqında filmin ictimai nümayişi dayandırılıb. Şou Rusiya Erməniləri İttifaqının təşəbbüsü ilə Ermənistan ordusunun yaradılmasının 30-cu ildönümünə həsr olunmuşdu. Lakin filmin nümayişindən əvvəl “Rusiya veteranları” Ümumrusiya İctimai Hərəkatı bu vəziyyətlə bağlı İstintaq Komitəsinə və Baş Prokurorluğa sorğu göndərib. Filmin nümayişindən əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları zala gələrək belə nümayişin qanunsuz olması barədə prokurorluğun xəbərdarlığını oxuyublar.

Məsələ ilə bağlı Rusiya ictimaiyyətinin nümayəndələri, siyasətçilər və mədəniyyət xadimləri öz etirazlarını bildiriblər. “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko da bu hadisəyə münasibətini bildirib.

SİA xəbər verir ki, Moskva-Baku platformasına şərhində nasist əlaltılarını şöhrətləndirmək üçün bu cür cəhdləri qəti şəkildə qəbuledilməz adlandırıb:

- Moskvada Hitlerin əməkdaşı Qaregin Njdeni tərənnüm edən film nümayiş etdirmək cəhdi sırf genişmiqyaslı siyasi təxribatdır, nasizmi tərənnüm etmək cəhdidir. Rusiya xüsusi xidmət orqanlarının Qaregin Njde ilə bağlı rəsmi nöqteyi-nəzəri müdafiə naziri, ordu generalı Sergey Şoyqunun sədrliyi ilə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Redaksiya Komissiyası tərəfindən nəşr olunan 12 cildlik "Böyük Vətən Müharibəsi 1941-1945-ci illər" ensiklopediyasının 6-cı cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” bölməsinin “Gizli müharibə: Böyük Vətən Müharibəsi illərində kəşfiyyat və əks-kəşfiyyat” adlı məqalədə öz əksini tapıb.

Orada deyilir: “Abverqrup-114 (“Dromedar”) əleyhinə aparılan gizli iş çərçivəsində əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı, Njde təxəllüsü ilə almanlarla birgə xidmət etmiş mühacir Ter-Arutyunyanı müəyyən edib həbs ediblər. Böyük Vətən Müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agenti cəlb etmiş, onların təxribat təlimlərində iştirak etmiş və təxribat fəaliyyətləri üçün Qırmızı Ordunun arxa cəbhəsinə göndərilmişdir. SMERŞ əməkdaşları tərəfindən təxribat və terror aktları törətmələrinin qarşısı alınaraq 17 diversant saxlanılıb, qalanları isə axtarışa verilib.

Rusiya Federasiyasının hüquq-mühafizə orqanları hazırda Njde haqqında film nümayiş etdirmək cəhdini dayandırıb. Nəticədə şounun təşkilatçısı- Rusiya Erməniləri İttifaqının, eləcə də Ermənistanın Moskvadakı səfirliyinin fəal bəd niyyətli reaksiyasını gördük. Ermənilər İttifaqı öz “bəyanatında” kifayət qədər bayağı formada rus cəmiyyətinə əxlaq və əxlaq normalarını diktə etməyə, nəyin yaxşı, nəyin pis olduğu haqqında öz fikirlərini sırımağa çalışır, aşkarı inkar edir, ört-basdır etməyə çalışır. Njdenin nasistlərlə şərikliyi faktları əslində onları inkar edir, sanki heç vaxt ümumiyyətlə mövcud olmayıb.

Düşünürəm ki, Rusiya Erməniləri İttifaqı faşistlərlə əməkdaşlıq edən Njdenin təbliğatı əvəzinə Sovet İttifaqının marşalı, görkəmli Sovet hərbçisi İvan Baqramyan haqqında film nümayiş etdirsəydi, biz hamımızı alqışlayardıq. Baqramyan həqiqətən də qəhrəmandır. Və bütün belə bir şou son dərəcə müsbət qeyd olunacaqdı. Hitlerin əlaltıları bizi axmaq yerinə qoymağa çalışır və onlar Rusiya cəmiyyətinin buna dözməsini istəyirlər. Bu, olmayacaq! 27 milyon Sovet insanı bunun üçün 3-cü Reyx üzərində Qələbə naminə canını vermədi.

Ermənistanın Rusiyadakı səfirliyinin bəyanatı, məncə, sadəcə olaraq, ölkəmizin daxili işlərinə qarışmaqdır. Bu cənablara xatırlatmaq istərdim ki, onlar İrəvanda deyil, Rusiya Federasiyasının paytaxtı Moskvadadırlar. Ona görə də Rusiya qanunvericiliyini öyrənsinlər. Rusiya cəmiyyətinə “qəhvəyi” dəyərləri tətbiq etməyə ehtiyac yoxdur. Bizim buna çox mənfi reaksiyamız var. Mən tam etiraf edirəm ki, Ermənistan səfirliyinin bəyanatı müstəqil deyildi. Görünən odur ki, Ermənistan Xarici İşlər Nazirliyindən irəliləyiş olub, ondan sonra diplomatik nümayəndəlik çıxış edib.

Bizə nasist əməkdaşının erməni milli qəhrəmanı kimi təqdim edilməsi iyrəncdir. İrəvanda, əgər arzulayırlarsa, qoy heç olmasa Njdenin onların qəhrəmanı olması barədə hər şeyi plakatlarla örtsünlər. Baxmayaraq ki, buranın postsovet məkanı olduğunu və nasizmin tərənnümünə qarşı mübarizənin burada xüsusilə aktual olduğunu nəzərə alsaq, o zaman da mübarizə aparmalı, qınamalıyıq. Amma Moskvanın mərkəzində belə aksiyaların təşkili cəhdi... üzr istəyirəm, mən hesab edirəm ki, buna Rusiya hüquq-mühafizə sistemindən kifayət qədər sərt və adekvat cavab verilməlidir.

Düşünürəm ki, Rusiya məhkəməsi Njdeni ekstremist kimi vəsf edən kitabları, müxtəlif materialları, filmləri tanıyıb, sonradan onların Rusiya Federasiyasının ərazisində- nümayişi, satışı, nümayişi üçün qadağan olunanlar siyahısına salınmasını zəruri hesab etməlidir.

Nasizmi tərənnüm etmək üçün bu növbəti cəhd dünyanın Holokost qurbanlarını xatırlaması ərəfəsində xüsusilə iyrənc görünürdü. Rusiya hakimiyyəti bir daha nasizmin tərənnüm edilməsinin yolverilməz olduğunu bəyan etdi. Rusiyada hər kəs Rusiya qanunlarına riayət etməlidir.

Mənim hər iki babam Böyük Vətən Müharibəsi cəbhələrində döyüşüb və həlak olub. İndi də bəzi təşkilatlar nasizmin şəriklərini tərifləməyə çalışırlarsa, buna reaksiya məqsədəuyğun ola bilər- dayandırmaq və məsuliyyətə cəlb etmək! Bəzi mifləri, “qəhrəmanlarımızı” üzərimizə sırımağa ehtiyac yoxdur: faşizm faşizmdir.

Ölkəmizdə Rusiya qanunu hökm sürür. Milliyyətindən asılı olmayaraq, bütün nasist cinayətkarları eyni dərəcədə "qəhvəyi"dir. Nasizmin tərənnümü üçün heç bir mənəvi və ya başqa əsaslar yoxdur. Nasizm, onun tərəfdarları olan, nasist əməkdaşlıq edənlərin milli mənsubiyyətindən asılı olmayaraq, eyni dərəcədə iyrəncdir.

Ölkəmizdə hitlerçi əməkdaşlar (general Vlasov var idi, vlasovçular var idi) Böyük Vətən Müharibəsi illərində hərbi tribunalın hökmü ilə asılmışdılar. Müasir Rusiyada Vlasovun şöhrətlənməsi mümkün deyil- bizim üçün bu, piç və satqındır. Hitlerin işbirlikçilərinə, xüsusən də Qaregin Njdeyə bəraət qazandıranlar- biz görürük ki, bunu bir neçə rus soyadlı adam edir - müasir vlasovçulardır: Rusiya qanunvericiliyi onlara tətbiq edilməli və nasizmin reabilitasiyasına görə məsuliyyətə cəlb edilməlidir.

Ona görə də hansısa formada Njdeyə Rusiya imperiyası uğrunda vuruşduğunu əsaslandırmağa çalışanda, bağışlayın, bəs onda necə? Və sonra terror hücumlarına və qətllərə görə Qırmızı Ordunun arxasına atılan diversantları öyrətdi, bununla da Sovet İttifaqına qarşı vuruşdu, bu nasist cinayətkarıdır. Onun şəxsiyyətinə, fəaliyyətinə verilən qiymət isə münasib olmalıdır.

Yeri gəlmişkən, Zatikyanın terror qruplaşmasından olan Njdenin ardıcılları 1977-ci ildə Moskvada silsilə terror aktları, o cümlədən metroda çoxlu sayda insanın ölümünə səbəb olan partlayış törədiblər. Onlar erməni millətçiləri idi.

On milyonlarla Sovet xalqının faciələrinə və iztirablarına səbəb olan SSRİ-nin dağılması prosesini məhz erməni millətçiləri başlatdılar. Ermənistanda da radikal millətçilik separatizm meyillərinə və qonşu dövlətlərə qarşı ərazi iddialarına səbəb olub.

2020-ci ilin payızında İrəvanın müharibədə məğlubiyyətindən sonra qisasçı qüvvələrin yenidən hakimiyyəti ələ ala bilməməsi isə səsvermə hüququna malik Ermənistan vətəndaşlarının əksəriyyətinin dövlətin normal inkişafına səs verdiyinin göstəricisidir. Qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin qurulması. Ümid edək ki, erməni cəmiyyəti realizm yoluna qədəm qoyur və onilliklər boyu onu qidalandıran və son nəticədə Ermənistanı tarixi dalana dirədən o utopik, aldadıcı ideyalardan əl çəkməlidir.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə