Azərbaycan gəncliyi hələ çox işlər görəcək - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Bütün Azərbaycan gəncliyini səmimi qəlbdən təbrik edirəm. Çünki Azərbaycan gəncliyi ölkənin inkişafında Ümummilli lider Heydər Əliyevin apardığı siyasətin ən sadiq davamçıları olublar". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Sadiq Qurbanov bildirib.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının tərkibində, həmçinin ölkənin digər sahələrində fəaliyyət göstərən gənclik Azərbaycanın uğurlarının başlanğıcı olub: "Çünki gənclik gələcək sözləri ilə eynilik təşkil edir. Hər bir dövrün gənci öz dövlətinin gələcəyini müəyyən edir. Bu gün də 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin zamanında yetişmiş gənclər də öz dövrünün göstəricisi olaraq erməni vəhşiliyinə son qoydu. Müharibədən qələbə ilə ayrıldı. İlham Əliyevin apardığı siyasət Heydər Əliyev ideologiyasının daşıyıcısı olaraq bu məsələni tarixin bütün vərəqlərindən çıxarmağı bacardı. Bu gün biz bununla kifayətlənməməliyik. Azərbaycan gəncliyi hələ çox işlər görəcək. Azərbaycan gəncliyi işğaldan azad edilmiş torpaqlarda öz sözünü deməklə bərabər gələcək nəsillər üçün orada yeni abidələr ucaldacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB