Ermənistan tərəfinin törətdiyi cinayətlər hamıya məlumdur -PROFESSOR AÇIQLADI
“Prezidentin Gəncə səfərindəki çıxışı, ilk növbədə, bütün dünyaya verilən bir mesajdı”. Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib.
Onun sözlərinə görə, bəzi beynəlxalq təşkilatlar və hətta siyasətçilər belə 44 günlük müharibədə Azərbaycanın müharibə qanunlarını pozduğunu iddia etsələr də, Ermənistan tərəfi üçün belə təkliflər irəli sürülmürdü: “Hətta bununla bağlı Ermənistan beynəlxalq ədalət məhkəməsinə müraciət edib. Cənab Prezident İlham Əliyev budəfəki çıxışında ictimaiyyətə çatdırdı ki, əsl müharibə cinayətlərini törədən Ermənistandı. Onların da törətdikləri cinayətlər ortadadı və hamıya məlumdu. Bununla yanaşı Prezident bildirdi ki, biz mülki əhalidən heç vaxt qisas almamışıq. Biz qısasımızı düşməndən yalnız döyüş meydanında almışıq. Eyni zamanda, İlham Əliyev bizim kindar olmadığımızı və sülh üçün hər zaman hazır olduğumuzu qeyd etdi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB