Deputat YAP rayon təşkilatlarının yeni sədrlərini təbrik edib

Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib və yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi məsələsinə baxılıb.

Yeni seçilmiş Təşkilat Sədrləri!
Sizi yeni təyinatınız münasibəti ilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm!
Ulu Öndərimizdən bizə yadigar qalmış, hamımız üçün doğma olan partiyamıza rayon və şəhər təşkilatlarda sədr təyin olunmaq böyük məsuliyyət və etimaddır. Əminəm bu etimadı və öhdəliyi layiqincə doğruldacaqsınız. Sizə bundan sonrakı siyasi fəaliyyətinizdə bol nailiyyətlər qazanmağı arzu edirəm.

#Uğur yolu
Xalqımızın ən ağır zamanında, dövlətçilik tariximizin xilaskarı və müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən qurulan Yeni Azərbayan Partiyası tarixin ən keşməkeşli səhifələrindən zəfər və şərəflə keçərək bugünlərə gəlib çıxıb.

Sədrimiz, müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı birlik və həmrəylik göstərərək öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. Qazandığımız bu Şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bəli, məhz bu vəhdətin fonunda Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi, mənfur düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etdi. Biz qudrətli sərkərdəsi, uzaqgörən lideri olan xalq olaraq, bu tarixi missiyanı yerinə yetirdik. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin siyasi arenalarında, aparıcı ali məktəblərində öyrənilir. Bu günə qədər qazanılmış uğurlarda Yeni Azərbaycan Partiyasının üzvlərinin də payı var. Lakin biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Yeni hədəflərə can atmalıyıq. Biz dünya siyasət arenasında xüsusı nüfuza malik bir şəxsiyyətin siyasi davamçıları olduğumuzu heç vaxt unutmamalıyıq. Şanlı Qələbəmizdən sonra dövlət və xalq olaraq qarşımızda yeni mərhələ açılmışdır. Bu konteksdə Partiyamızın VII Qurultayından sonra müasir zamanın tələblərinə uyğun olaraq qarşımızda yeni reallıqlara uyğun yeni tələblər qoymuş və bununla da partiyanın həyatında yeni mərhələ başlanmışdır. Elə bu proseslərin tərkib hissəsi olaraq, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi qəbul edilmiş və bu yeni qəbul olunmuş Nizamnaməyə əsasən partiyanın yeni strukturu müəyyən edilmişdir. Onuda qeyd edim ki, YAP sədrinin I müavini institutunun yaradılması da yeni strukturun tərkib hissəsi olmaqla yanaşı, hörmətli Mehriban xanım Əliyevanın təyin olunması bu yenilənmə proseslərində özünün müsbət töhvəsini göstərməkdədir.

Hörmətli siyasi həmfikirlər!
Təbii ki, Cənab Prezidentin qarşımızda qoyduğu yeni hədəflərə doğru təxirə salınmaz və ardıcıl tədbirlərin atılması uğurla davam ediləcəkdir. Bu baxımdan da partiyamızın yeni seçilmiş rayon rəhbərlərinin və hər birimizin üzərinə tarixi məsuliyyət düşür.

Yeni təyinatla bağlı bütün həmkarlarımı bir daha təbrik edir, uğurlar arzu edirəm! Bu tarixi yolu şərəflə davam etdirmək üçün daima ləyaqət və sədaqətlə yorulmadan çalışmalı, eyni zamanda ümummilli lider Heydər Əliyevin siyasi kursuna daima sadiq qalmalıyıq. Unutmamalıyıq ki, bu yol uğur yoludur, nicat yoludur, zəfər yoludur.

Sadiq Qurbanov, Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...